Əlixan Musayev:
Yeri yarıb bulaqlar qaynatdıq. (Göydəntökülənvəyerdənçıxan) sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
Bünyadov-Məmmədəliyev:
Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.
Elmir Quliyev
:
и разверзли землю, из которой забили ключи. Воды небес и земли слились для дела, которое было предопределено.
Ələddin Sultanov:
Yerdən də bulaqlar fışqırtdıq. Beləliklə, sular təqdir edilmiş bir iş üçün birləşdi.
Kerbelayi Malik ağa:
Yerdən bulaqlar fışqırtdıq. Beləcə sular, təqdir edilmiş olan əmr üzərinə birləşdi.
Ələsgər Musayev:
və ərzdən çıxartdıq bulaqları və hansı ki,
həll olunmuş əmrlə sular görüşdülər.
A.Mehdiyev və D.Cəfərli:
Və çeşmələr(in qaynaması) ilə yeri yardıq. Beləliklə (bu iki) su (əvvəlcədən) müəyyən edildiyi şəkildə bir-birinə qarışdı.
Kövsər Tağıyev:
Yer üzündə bulaqlar qaynatdıq. O anda sular təqdir edilmiş bir iş üçün birləşdi.
M.Qənioğlu və T.Bilaloğlu:
yerdə də çeşmələr qaynadıb çıxartdıq. Əzəldən verilmiş hökm ilə (səmadan enən və yerdən çıxan) sular qovuşdu.
Sabirə Dünyamalıyeva:
Yerdən də qaynaqlar fışqırtdıq; beləliklə sular müəyyən edilmiş bir iş üçün bir-birinə qovuşdu.