Ənfal Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salaca-ğam. Onların boyunlarını vurun barmaqlarının hamısını kəsin!”(– deyə) vəhy etmişdi.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!”
Elmir Quliyev :
Вот твой Господь внушил ангелам: с вами. Укрепите тех, которые уверовали! Я же вселю ужас в сердца тех, которые не веруют. Рубите им головы и рубите им все пальцы".
Ələddin Sultanov:
O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! Kafirlərin qəlblərinə qorxu salacağam. Onların boyunlarını vurun bütün barmaqlarını doğrayın!” - deyə vəhy edirdi. (Yuxarıdakı ayədə Allah-Təala müsəlmanlara verdiyi mənəvi dəstəyi açıqlamaqdadır. Kafirlərin qəlblərinə qorxu salmaq, psixoloji baxımdan onlara təsir göstərmək əhval-ruhiyyələrini pozmaq üçün Uca Allah mələklərə belə səslənmişdir. Eyni zamanda bu ayə, mələklərin müharibədə həqiqətən iştirak etdiyini xəbər verir.)
Kerbelayi Malik ağa:
Sənin Rəbbin mələklərə vəhy etmişdi: ‘Şübhəsiz ki, Mən sizinlə bərabərəm. Artıq amənu olanlara (Allaha təslim olmağı diləyənlərə) dəstək olun. Kafirlərin qəlblərinə qorxu salacam. Artıq boyunlarına zərbələr endirin. Onların bütün barmaqlarına vurun.’
Ələsgər Musayev:
Onda Rəbbin mələklərə vəhy etdi: «Mən sizinləyəm. Sabit edin o kəsləri ki, inanırlar! Mən o kəslər ki, inanmırlar, qəlblərinə qorxu salaram. Vurun onların boyunlarından vurun bütün barmaqlarından!»
A.Mehdiyev və D.Cəfərli:
O zaman Rəbbin mələklərə vəhy edirdi ki: «Mən sizinləyəm! Odur ki, iman gətirənlərin qədəmlərini sabit edin. Tezliklə kafirlərin qəlblərinə qorxu salaram. Beləliklə, boyunlarına (başlarına) zərbələr endirin barmaqlarının hamısının ucunu kəsin».
Kövsər Tağıyev:
O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm. İman edənlərə mətanət verin. Mən kafirlərin qəlblərinə qorxu salacağam. İndi onların boyunlarına vurun. Vurun onların bütün barmaqlarına”, deyə vəhy edirdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman sənin Rəbbin mələklərə təlqin edirdi: "Həqiqətən Mən sizinləyəm. İman gətirənləri möhkəmləndirin. Mən kafirlərin ürəklərinə vəlvələ salacağam. Onların boynunu vurun, bütün barmaqlarını kəsin!"
Sabirə Dünyamalıyeva:
o zaman Rəbbin təbii gücləri proqramlaşdırırdı: "Şübhəsiz ki, Mən sizinləyəm, haydı, inanmış kəslərə mətanət verin. Mən, kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərin] qəlbinə qorxu salacağam, dərhal boyunlarının üstünə vurun, bütün barmaq uclarına/oynaqlarında da!"