Əlixan Musayev:
Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bununla sənin ürəyini möhkəmləndirək. Bu (ayələrdə) sənə həqiqət, möminlərə də öyüd-nəsihət və xatırlatma vəhy edilmişdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa, (hamısını) sənə nağıl edirik. Bu (surə) sənə haqq, möminlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!
Elmir Quliyev
:
Мы рассказываем тебе повествования о посланниках для того, чтобы укрепить ими твое сердце. В этой суре к тебе явились истина, увещевание и напоминание для верующих.
Ələddin Sultanov:
Biz peyğəmbərlərin xəbərlərindən sənin qəlbini təskin edən nə varsa, sənə danışırıq. Bunda (bu ayələrdə) sənə həqiqət, möminlərə də nəsihət və xəbərdarlıq gəlmişdir.
Kerbelayi Malik ağa:
Sənə anlatdığımız şeylərin hamısı rəsulların xəbərlərindəndir. Onlarla sənin qəlbindəki fuad xassəsini (fizikin ötəsindəki idrak) sağlamlaşdırarıq. Bunda (bu xəbərlərdə) sənə haqq, möminlərə öyüd və zikr gəldi.
Ələsgər Musayev:
Külli hekayət etdik üzərinə sənin
xəbərlərindən rəsulların nə ki, sabit edək onunla könlünü
sənin. Bunda sənə haqq gəldi və moizədir və yad etmədir
inananlar üçün!
A.Mehdiyev və D.Cəfərli:
Elçilər(imiz)in xəbərlərinin hər cürünü – vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Peyğəmbərlərin xəbərlərindən, sənin qəlbini möhkəmləndirəcək nə varsa, sənə hekayə edirik. Bunlarda sənə haqq, möminlərə isə bir öyüd və xatırlatma gəlmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbərlər haqqındakı əhvalatların hamısını sənə danışırıq ki, sənin ürəyinə güc verək. Bunlarda sənə haqq, iman gətirənlərə isə öyüd-nəsihət və ibrət gəldi.
Sabirə Dünyamalıyeva:
Və elçilərin xəbərlərindən qəlbinə qüvvət verəcək olanların hamısını sənə qissələr şəklində nəql edirik. Və bunda sənə bir həqiqət, möminlərə də öyüd-nəsihət və xatırlatma gəlmişdir.