Əlixan Musayev:
Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.
Elmir Quliyev
:
Иудеи и христиане не будут довольны тобой, пока ты не станешь придерживаться их религии. Скажи: "Путь Аллаха — это прямой путь". Если же ты станешь потакать их желаниям после того, как к тебе явилось знание, то Аллах не будет тебе ни Покровителем, ни Помощником.
Ələddin Sultanov:
Onların dininə tabe olmayınca yəhudi və xaçpərəstlər səndən əsla razı qalmayacaqlar. De ki: “Həqiqətən, Allahın göstərdiyi yol əsil doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyan nə bir dost, nə də bir köməkçi tapılar.
Kerbelayi Malik ağa:
Sən onların dininə tabe olmadıqca nə yəhudilər nə də xristianlar səndən əsla razı olmazlar. De ki: ‘Şübhəsiz ki, Allahın hidayəti (Allaha təslim olmaq) məhz o, hidayətdir. ’Sənə gələn elmdən sonra əgər həqiqətən onların həvalarına (istəklərinə) uysan, sənin üçün Allahdan (qoruyan) bir dost və bir yardımçı yoxdur.
Ələsgər Musayev:
Razı olmazlar səndən hidayət olunanlar və yardım
olunanlar ta onların millətinə tabe olasan. De: «Həqiqətən
hidayəti Allahın - o, hidayətdir!» Və əgər tabe olasan havasına
onların, sənə gələn elmdən sonra, olmaz sənin üçün Allahdan
dostluq və yoxdur yardım
A.Mehdiyev və D.Cəfərli:
Sən yəhudi və xristianların dinlərinə tabe olmayınca, onlar heç vaxt səndən razı qalmayacaqlar. De: «Həqiqətən (əsl) hidayət yalnız Allahın hidayətidir». Əgər sənə gələn elmdən sonra, onların nəfsi istəklərinə tabe olsan, Allah tərəfindən sənin üçün əsla bir başçı və yardımçı olmayacaqdır.
Kövsər Tağıyev:
Sən dinlərinə tabe olmadıqca nə yəhudilər, nə də xristianlar əsla səndən razı olmazlar. De ki: “Allahın yolu əsl doğru yoldur”. Sənə gələn elmdən sonra əgər onların arzu və istəklərinə tabe olsan, bil ki, Allahdan sənə nə bir dost, nə də yardımçı var.
M.Qənioğlu və T.Bilaloğlu:
Nə qədər ki, sən onların dini ardınca getməmisən, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: "Doğru yol ancaq Allahın yoludur." Sənə bilik gəldikdən sonra onların həva-həvəsinə uymuş olsan, Allahdan sənə nə himayəçi, nə də havadar olar.
Sabirə Dünyamalıyeva:
Və sən onların dinlərinə/həyat tərzlərinə uyğunlaşmadıqca, yəhudilər və xristianlar səndən əsla razı olmazlar. De ki: "Şübhəsiz ki, Allahın bələdçiliyi, bələdçiliyin məhz özüdür." Və əgər sənə gəlib çatan elmdən sonra onların boş və müvəqqəti arzularına uysan, sənin üçün Allah dərgahında heç bir yaxın olmaz, heç bir yardım edən də olmaz.