Əlixan Musayev:
Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?”
Bünyadov-Məmmədəliyev:
(Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”
Elmir Quliyev
:
Но дьявол стал нашептывать ему и сказал: "О Адам! Показать ли тебе дерево вечности и непреходящей власти?"
Ələddin Sultanov:
Ancaq şeytan ona vəsvəsə verərək belə dedi: “Ey Adəm! Sənə əbədilik ağacını və sonsuz bir səltənəti göstərimmi? (Şeytan qadağan olunmuş ağacı göstərərək: “Rəbbiniz sizin mələyə çevrilməyinizi, yaxud burada əbədi qalmağınızı istəmədiyi üçün sizə bu ağacı qadağan etdi!” - deyərək Adəm və Həvvanı aldatmışdı.)
Kerbelayi Malik ağa:
Beləcə şeytan ona vəsvəsə verdi. Dedi ki: ‘Ey Adəm! Sənə əbədilik ağacını və tükənməyəcək bir səltənəti göstərimmi?’
Ələsgər Musayev:
Vəsvəsə
edərək ona şeytan, dedi: «Ay Adam! Dəlalət edimmi səni
həmişəlik ağacına və köhnəlməyən mülkə tərəf?»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Şeytan ona vəsvəsə edərək dedi: «Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?»
Kövsər Tağıyev:
Nəhayət, şeytan ona vəsvəsə verib belə dedi: “Sənə əbədiyyət ağacını və yox olmayacaq bir səltənəti göstərimmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
Şeytan onun qulağına pıçıldayaraq dedi: "Ey Adəm! Əbədi həyat ağacını və heç vaxt dağılmayacaq bir mülki sənə göstərimmi?"
Sabirə Dünyamalıyeva:
Axırda şeytan ona vəsvəsə verdi. Dedi ki: "Ey Adəm! Sənə əbədiyyət ağacı və köhnəlməyən/çökməyən mülk/səltənət üçün yol göstərimmi?"