Əlixan Musayev:
Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır.
Bünyadov-Məmmədəliyev:
Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə zərər yetirənlərdir.
Elmir Quliyev
:
Те, кому Мы даровали Писание и кто читает его надлежащим образом, действительно веруют в него. А те, которые не уверуют в него, непременно окажутся в убытке.
Ələddin Sultanov:
Kitab verdiyimiz kimsələr onu layiqincə oxuyarlar. Onlar ona iman gətirərlər. Kim onu inkar edərsə, əsil ziyana uğrayanlar məhz onlardır.
Kerbelayi Malik ağa:
Kitab verdiyimiz kəslər (nəbilər və rəsullar) onu həqiqi bir tilavət ilə tilavət edərlər (oxuyub açıqlayarlar). Onlar ona (kitaba) iman edərlər. Kim onu inkar etsə, onlar hüsranda olanlardır.
Ələsgər Musayev:
O kəslər ki, əta etmişik onlara
kitab tilavat edirlər onu haqq tilavatla – həmin onlar inanırlar
onun ilə. Və kim kafir olarsa onunla, həmin onlardır
xəsarətlilər
A.Mehdiyev və D.Cəfərli:
Ona (Qur’ana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir.
Kövsər Tağıyev:
Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Bunlar ona inanırlar. Onu inkar edənlərə gəlincə, məhz onlar ziyana uğrayanlardır.4
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab verdiyimiz kəslər onu layıqınca oxuyarlar, onlar ona inanarlar. Ona inanmayanlar isə uduzarlar.
Sabirə Dünyamalıyeva:
Özlərinə kitabı verdiyimiz kəslər onu layiqincə oxuyub-izləyərlər. Bax onlar, iman edərlər. Hər kim ki, Kitabı bilə-bilə inkar etsə, bax onlar məhz zərərə uğrayanlardır.