Nisa Surəsi 122. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İman gətirib saleh əməl-lər edənləri isə (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. (Bu, )Allahın ger-çək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğruçu kim ola bilər?
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı işlər görənləri isə, Biz (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan vədi üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir?!
Elmir Quliyev :
А тех, которые уверовали и совершали праведные деяния, Мы введем в Райские сады, в которых текут реки. Они пребудут там вечно по истинному обещанию Аллаха. Чья речь правдивее речи Аллаха?
Ələddin Sultanov:
İman gətirib yaxşı işlər görənləri isə, (ağacları) altından çaylar axan içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. (Bu,) Allahın haqq olan vədidir. Söz (vermək onu tutmaq) baxımından Allahdan daha doğru kim ola bilər?!
Kerbelayi Malik ağa:
Onlar ki, amənu olub nəfsi islahedici saleh əməl işlədilər, onları altlarından çaylar axan cənnətlərə qoyacağıq, orada əbədi olaraq qalacaq olanlardır. Allahın vədi haqdır (gerçəkdir). Allahdan daha doğru sözlü kim vardır?
Ələsgər Musayev:
o kəslər ki, inanırlar əməli salehdirlər, daxil edərik onları həmişəlik qalacaqları cənnətlərə - cari olur altından onun nəhrlər, orada əbədidirlər –Allahın haqq vədinə görə. kim sadiqdir Allahdan danışıqda? (
A.Mehdiyev və D.Cəfərli:
İman gətirib yaxşı işlər görənləri tezliklə (ev ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!
Kövsər Tağıyev:
İman edib saleh əməllər işləyənləri əbədi olaraq qalacaqları, içindən çaylar axan cənnətlərə daxil edəcəyik. Allah gerçək bir vəd vermişdir. Allahdan daha doğru sözlü olan kimdir?
M.Qənioğlu və T.Bilaloğlu:
Biz iman gətirib əməlisaleh olanları dibindən çaylar axan cənnət bağlarına daxil edəcəyik. Onlar Allahın haqq vədi ilə orada əbədi qalasıdırlar. Sözündə Allahdan sadiqi kimdir?!
Sabirə Dünyamalıyeva:
iman edən yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə [gəldikdə]; Biz onları, Allahın gerçək vədinə görə üzrə, içində əbədi qalacaqları, altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahdan daha doğru danışan kim ola bilər?