Nisa Surəsi 124. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həm kişilərdən, həm qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.
Bünyadov-Məmmədəliyev:
Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!
Elmir Quliyev :
А те мужчины и женщины, которые совершают некоторые из праведных поступков, будучи верующими, войдут в Рай, и не будут обижены даже на величину выемки на финиковой косточке.
Ələddin Sultanov:
Kişi, yaxud qadınlardan hər kim ­min olaraq yaxşı işlər görərsə, onlar cənnətə daxil olacaqlar. Onlara xurma çərdəyinin çuxuru qədər belə haqsızlıq edilməyəcək.
Kerbelayi Malik ağa:
Kişilərdən ya qadınlardan mömin olaraq kim saleh əməl (nəfsini islahedici əməl) edərsə, o təqdirdə onlar cənnətə girərlər onlara xurma çəyirdəyinin teli qədər (zərrə qədər) belə zülm edilməz.
Ələsgər Musayev:
kim əməlini islah etsə istər kişi, ya qadın olsun o inanandır cənnətə daxil olacaq onlara xurma çərdəyi qədər zülm olunmayacaq.
A.Mehdiyev və D.Cəfərli:
Kişi ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq haqlarından kəsilməyəcəkdir.
Kövsər Tağıyev:
İstər kişi olsun, istər qadın, mömin olaraq hər kim saleh əməllər işləyərsə, onlar cənnətə daxil olarlar zərrə qədər haqsızlığa məruz qalmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Mömin olan əməlisaleh kişi ya qadınlar cənnətə daxil olacaq bir tük qədər belə incidilməyəcəklər.
Sabirə Dünyamalıyeva:
kişi olsun, yaxud qadın olsun, kim mömin olaraq yaxşılaşdırmaq qayəsi ilə əməl işləsə, bax onlar cənnətə gedəcək. xurma çərdəyinin arxasındakı çökəklik qədər haqsızlıq görməyəcəklər.