Əlixan Musayev:
O deyəcək: “Ey Rəbbim! Mən (dünyada) görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?”
Bünyadov-Məmmədəliyev:
O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!”
Elmir Quliyev
:
И скажет он: "Господи! Почему Ты воскресил меня слепым, если раньше я был зрячим?"
Ələddin Sultanov:
(Kor olaraq həşr olunan kəs) belə deyəcək: “Ey Rəbbim! Nə üçün məni kor olaraq həşr etdin? Halbuki mən (dünyada ikən) görürdüm”.
Kerbelayi Malik ağa:
(Qiyamət günü belə) dedi: ‘Rəbbim, məni nə üçün kor olaraq həşr etdin? Halbuki mən (dünyada) görürdüm.’
Ələsgər Musayev:
Deyər:
«Rəbbim! Nə üçün məni kor halda cəm etdin, mən ki, əvvəl
görən idim?»
A.Mehdiyev və D.Cəfərli:
O deyər: «Ey Rəbbim, mən (dünyada) gördüyüm halda nə üçün məni Məhşərə kor gətirdin?»
Kövsər Tağıyev:
O isə belə deyər: “Rəbbim! Dünyada görən bir kimsə olduğum halda nə üçün məni kor olaraq həşr etdin?”
M.Qənioğlu və T.Bilaloğlu:
O deyəcək: "Rəbbim, nə üçün məni məhşər ayağına kor halda çəkdin? Axı mən (əvvəllər) görürdüm".
Sabirə Dünyamalıyeva:
O deyəcək ki: "Ey Rəbbim, mən görən biri olduğum halda məni niyə kor olaraq bu yerə çıxartdın?"