Əlixan Musayev:
Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü buraxırsan ki, yer üzündə fəsad törətsinlər, həm səni, həm də sənin tanrılarını bir kənara atsınlar”. (Firon) dedi: “Biz hökmən onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Şübhəsiz ki, onların üzərində sarsılmaz hökmranlığa malik olan bizik”.
Bünyadov-Məmmədəliyev:
Firon tayfasının əyan-əşrafı dedi: “Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?” (Firon onlara) belə cavab verdi: “Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar!)”
Elmir Quliyev
:
Знатные люди из народа Фараона сказали: "Неужели ты позволишь Мусе (Моисею) и его народу распространять на земле нечестие и отречься от тебя и твоих богов?" Он сказал: "Мы будем убивать их сыновей и оставлять в живых их женщин. Мы обладаем непоколебимой властью над ними".
Ələddin Sultanov:
Fironun qövmünün əyanları isə belə dedilər: “Səni və sənin ilahlarını atıb yer üzündə fitnə-fəsad törətsinlər deyə Musanı və qövmünü buraxacaqsanmı?” O dedi: “Onların oğullarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Bizim onlara hökmranlıq etməyə gücümüz çatar”.
Kerbelayi Malik ağa:
Fironun qövmünün öndərləri belə dedi: ‘Musanı (ə.s) və onun qövmünü yer üzündə fəsad çıxarsınlar, səni və ilahlarını tərk etsinlər deyə buraxacaqsanmı?’ (Firon): ‘Onların oğullarını öldürəcəyik və qadınlarını sağ buraxacağıq.’ Şübhəsiz ki, biz onların üstündə hakimiyyət və güc sahibiyik.’ dedi.
Ələsgər Musayev:
Firaun qoumundan böyükləri dedi: «Ə, Musa və qoumuna fürsət verirsən ki, ərzdə fəsad edələr və səni və sənin ilahilərini tərk edələr?» Dedi: «Biz onların oğullarını qətlə yetirib və qadınlarını diri saxlayacayıq. Biz onlar üzərində qələbə çalacağıq!»
A.Mehdiyev və D.Cəfərli:
Və Fironun qövmünün başçıları və böyükləri dedilər: «Musanı və onun qövmünü azad buraxırsan ki, yer üzündə fəsad törətsinlər və səni və tanrılarını boşlasınlar?» (Firon bütləri və ulduzları öz allahı, özünü isə camaatın allahı hesab edirdi. Yaxud da onları camaatın məbudu, özünü isə onların məbudu bilirdi.) Dedi: «Tezliklə, onların oğlanlarını (Musanın gəlişindən qabaq olduğu kimi) dəhşətli şəkildə öldürəcək və qadınlarını diri saxlayacağıq və biz onlara hakimik».
Kövsər Tağıyev:
Firon qövmündən olan əyanlar dedilər ki: “Sən (sehrbazları cəzalandırıb) Musanı və qövmünü bu ölkədə fəsad törətsinlər, səni və ilahlarını tərk etsinlər deyə buraxacaqsan?” Firon: “Biz onların oğullarını öldürəcək, qızlarını sağ buraxacağıq. Biz onlara qarşı əzici bir gücə sahibik”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Firon tayfasının başçıları dedilər: "Doğrudanmı sən Musanı və tayfasını buraxacaqsan ki, yer üzündə fitnə-fəsad törətsinlər və o, səni və tanrılarını bir yana atsın?" O [Firon] dedi: "Biz onların oğullarını qırıb, qadınlarını isə diri saxlayacağıq. Biz onlara qələbə çalacağıq!"
Sabirə Dünyamalıyeva:
Firon qövmünün əyanları isə, "Səni və sənin məbudlarını/səni məbud olaraq görməyi tərk etsinlər və yer üzündə fitnə çıxarsınlar deyəmi Musanı və onun qövmünü azad buraxacaqsan?" dedilər. Firon dedi ki: "Onların oğullarını öldürəcək; təhsilsiz, təlimsiz saxlayıb savadsız bir kütləyə çevirməklə onları zəiflədəceyik, qadınlarını utanca boğacağıq və biz, onların üzərində mütləq güc sahibi kəslərik."