Əlixan Musayev:
Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”
Bünyadov-Məmmədəliyev:
(Onlar yenə dedilər: ) “Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”.
Elmir Quliyev
:
Господь наш! Пошли к ним посланника из них самих, который прочтет им Твои аяты, научит их Писанию и мудрости и очистит их. Воистину, Ты — Могущественный, Мудрый".
Ələddin Sultanov:
Ey Rəbbimiz! Onların içərisindən özlərinə Sənin ayələrini oxuyan, onlara kitabı və hikməti öyrədən və onları (günahlardan) təmizləyən bir peyğəmbər göndər! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən”.
Kerbelayi Malik ağa:
Rəbbimiz, onların içərisindən onlara Sənin ayələrini tilavət edəcək (oxuyub açıqlayacaq), onlara Kitabı (Quranı Kərimi) və hikməti öyrədəcək və onların (nəfsini) islah edəcək bir rəsul bəas et (həyata gətir, vəzifələndir). Şübhəsiz ki, Sən Əzizsən, Hakimsən.
Ələsgər Musayev:
Rəbbimiz! Qaldır onlarda rəsul
özlərindən ki, tilavat etsin üzərinə onların Sənin ayətlərini və
bildirsin onlara kitabı və hikməti və paklasın onları Həqiqətən,
Sən- Sən Əzizsən Həkimsən!
A.Mehdiyev və D.Cəfərli:
«Ey Rəbbimiz, onların arasına özlərindən Sənin ayələrini onlara oxuyan, kitab və hikmət (şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, yenilməz qüdrət və hikmət sahibi Sənsən!»
Kövsər Tağıyev:
“Rəbbimiz! Onlara aralarından bir peyğəmbər göndər. Onlara sənin ayələrini oxusun, kitabı və hikməti öyrətsin və onları hər pislikdən təmizləsin. Şübhəsiz, sən mütləq güc sahibisən, hökm və hikmət sahibisən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey Rəbbimiz ! Onların arasından özlərinə elə bir peyğəmbər göndər ki, onlara Sənin ayələrin oxunsun, Kitabı və hikməti öyrətsin və onları təmizliyə çıxarsın. Sən ki, qüdrət və hikmət sahibisən !"
Sabirə Dünyamalıyeva:
Rəbbimiz! Bir də, onlara öz içlərindən bir peyğəmbər göndər ki onlara Sənin ayələrini oxusun, onlara kitabı [öyrətsin] və haqsızlığın, fitnə-fəsadın və qarmaqarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydaları öyrətsin, onları təmizləsin. Heç şübhəsiz ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan; möhkəm edən məhz Sənsən."