Tövbə Surəsi 129. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa ilah yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!”
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi ixtiyar sahibidir!)
Elmir Quliyev :
А если они отвернутся, то скажи: "Мне достаточно Аллаха! Нет божества, кроме Него. Я уповаю только на Него, ибо Он Господь великого Трона".
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Əgər onlar (haqdan) üz döndərsələr, de ki: “Mənə Allah yetər! Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. O, böyük ərşin sahibidir”.
Kerbelayi Malik ağa:
Bundan sonra əgər onlar dönsələr, o zaman onlara belə de: ‘Mənə Allah kifayət edər. Ondan başqa ilah yoxdur. Mən Allaha təvəkkül etdim (güvəndim). O, əzim ərşin Rəbbidir.’
Ələsgər Musayev:
Əgər üz döndərdilər, de: «Hesabdır mənə Allah! Yoxdur ilahi, ancaq Odur. Üzərinə Onun təvəkkül etmişəm O Rəbbidir əzəmətli ərşin!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim O, böyük ərşin Rəbbidir».
Kövsər Tağıyev:
Əgər üz döndərsələr, de ki: “Mənə Allah yetər. Ondan başqa heç bir ilah yoxdur. Mən ancaq Ona təvəkkül etdim. O, uca ərşin sahibidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar üz döndərsələr, de: "Allah mənə kifayətdir! Ondan başqa bir tanrı yoxdur. Mən ancaq Ona təvəkkül etmişəm. Axı O, böyük ərşin [kainat taxt-tacının] Rəbbidir [sahibidir]!"
Sabirə Dünyamalıyeva:
Buna baxmayaraq, əgər uzaqlaşsalar, dərhal de ki: "Mənə Allah yetər. Ondan başqa məbud deyə bir şey yoxdur. Mən, yalnız Ona işin nəticəsini tapşırdım. O, çox böyük taxtın Rəbbidir. "