Hud Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa onlar: “(Muhəmməd)onu özün­­dən uydurdu!”– deyirlər. De: “Əgər doğ­­ru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə siz gətirin Allah­­dan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!”
Bünyadov-Məmmədəliyev:
Yoxsa (müşriklər): “Onu (Quranı) özündən uydurdu!” - deyirlər. (Onlara) de: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın.
Elmir Quliyev :
Или же они говорят: "Он измыслил Коран". Скажи: "Принесите десять вымышленных сур, подобных этим, и призовите, кого сумеете, помимо Аллаха, если вы говорите правду".
Ələddin Sultanov:
Yoxsa onlar: “Quranı özündən uydurdu!” - deyirlər?! De ki: “Əgər doğru deyirsinizsə, siz Allahdan başqa kimi bacarırsınızsa, köməyə çağırın onun kimi on surə uydurub gətirin!”
Kerbelayi Malik ağa:
Yoxsa: ‘Onu uydurdumu?’ deyirlər. ‘Elə isə onun kimi uydurulmuş olan 10 surə gətirin. Əgər siz doğru söyləyənlərsinizsə, Allahdan başqa gücünüzün çatdığı kəsləri çağırın!’ de.
Ələsgər Musayev:
Yoxsa onlar deyəcəklər: «Iftira edir onu!» De: «Gətirin iftira edilmiş on surə onun mislini Allahdan başqa kimdən istəyirsiniz kömək alın, əgər oldunuz sadiqlər!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa «o, bunu (Qur’anı) özündən uydurmuşdur (və yalandan Allaha nisbət verir)!» deyirlər! De: «Əgər doğruçusunuzsa, siz onun kimi on uydurma surə gətirin (onu düzəltmək üçün) Allahdan başqa, kimi bacarırsınız çağırın».
Kövsər Tağıyev:
Yoxsa: “Onu (Qur`anı) uydurdu”, deyirlər? De ki: “Əgər doğru söyləyənlərsinizsə, Allahdan başqa kimi (köməyə) çağıra bilirsinizsə çağırıb, siz onun kimi uydurma on surə gətirin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud da onlar deyərlər: "Bunu [Quranı] o, özündən uydurubdur". De: "Əgər haqlısınızsa, onda Allahdan başqa kimi bacarırsınızsa, köməyə çağırın buna bənzər uydurulmuş on surə siz gətirin!
Sabirə Dünyamalıyeva:
Əslində onlar, "Onu özündən uydurdu!" deyirlər. De ki: "Elə isə, əgər doğru deyirsinizsə, uydurma da olsa, buna bənzər on surə gətirin, Allahın altındakılardan bacardığınız kəsləri çağırın."