Əlixan Musayev:
Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan (təriflər deyirlər). (Allah) ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir.
Bünyadov-Məmmədəliyev:
Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir! (Allah yenilməz qüvvət sahibidir!)
Elmir Quliyev
:
Гром прославляет Его хвалой, а также ангелы от страха перед Ним. Он мечет молнии и поражает ими, кого пожелает. Они спорят об Аллахе, а ведь Он силен и суров в наказании.
Ələddin Sultanov:
Göy gurultusu həmd edərək Onu təsbeh edir (şəninə təriflər deyir). Mələklər də Onun qorxusundan (həmd edərək Onu təsbeh edirlər). Onlar Allah barəsində mübahisə edərkən O, ildırımları göndərərək dilədiyi kimsəni onunla müsibətə düçar edər. Onun cəzası şiddətlidir.
Kerbelayi Malik ağa:
Göy gurultusu və mələklər Onu həmd ilə və Onun (Allahın) qorxusundan təsbeh edərlər. İldırımları O, göndərər. Beləcə onlar Allah haqqında mübarizə edərkən dilədiyi kimsəyi onunla vurar. O, qarşı gəlinməsi mümkün olmayandır.
Ələsgər Musayev:
Saya salır göy gurultusu həmd ilə Onu və mələklər xofundan Onun. O göndərir ildırımı o kəsin həlakına ki, istər və onlar Allahın barəsində mücadilə edirlər. O şiddətli intiqam alandır!
A.Mehdiyev və D.Cəfərli:
Göy gurultusu (yaradılış dili ilə) Ona həmd etməklə birgə Onu paklıqla öyür (ağılla diqqət etdikdə başa düşmək olur ki, göydə olan səslər Onun qüdrətinin kamilliyindən və nöqsandan pak və uzaq olmasından danışırlar) və həmçinin mələklər əzəmətinin qorxusundan (Onu paklıqla öyürlər). Və ildırımları göndərir və onları Allah barəsində çəkişdikləri halda istədiyi fərdə ya fərdlərə (cəzaya layiq kəslərə) yetirir! O, böyük qüdrət, eləcədə məkrlə mübarizədə şiddətli cəza sahibidir.
Kövsər Tağıyev:
Göy gurultusu Ona həmd edərək təsbih edər. Mələklər də Onun qorxusundan təsbih edərlər. O, ildırımlar göndərər, onunla istədiyini vurar. Onlar isə Allah barəsində mübahisə edirlər. Halbuki O, əzabı çox şiddətli olandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də Onun zəhmindən təriflər deyirlər. O, ildırım göndərərək (kafirlər) Allah barəsində mübahisə edərkən onlardan istədiyi kəsi bununla vurur. Axı O, şiddətli cəza verəndir.
Sabirə Dünyamalıyeva:
Göy gurultusu Onu tərifləməklə birlikdə, təbiət qüvvələri/zalım idarəçilər də Onun qorxusundan Onu nöqsanlıqlardan pak tuturlar. Və O, ildırımları göndərər, onunla istədiyini vurar. Onlar isə Allah barədə elə hey çəkişirlər. Halbuki Allahın vurması çox şiddətlidir.