İbrahim Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız!” Rəbbi onlara belə vəhy etdi: "Biz zalımları mütləq məhv edəcəyik."
Bünyadov-Məmmədəliyev:
Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik!
Elmir Quliyev :
Неверующие говорили своим посланникам: "Мы изгоним вас с нашей земли, или же вы вернетесь в нашу религию". Тогда Господь внушал им: "Мы непременно погубим беззаконников."
Ələddin Sultanov:
Kafirlər isə peyğəmbərlərinə: “Ya sizi yurdumuzdan çıxaracağıq, ya da dinimizə qayıdacaqsınız!” - dedilər. Rəbbi onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!
Kerbelayi Malik ağa:
Kafirlər rəsullarına dedilər ki: ‘Sizi mütləq torpağımızdan (ölkəmizdən) çıxardacağıq ya mütləq bizim dinimizə dönəcəksiniz.’ Bunun üzərinə onlara Rəbbi: ‘Mütləq zalımları həlak edəcəyik.’ deyə vəhy etdi.
Ələsgər Musayev:
O kəslər ki, kafirdirlər, dedilər öz rəsullarına: «Biz sizi öz ərazimizdən xaric edərik, ya da siz bizim millətimizə tərəf qayıdacaqsınız». Vəhy etdi onlara Rəbbi onların: «Biz tezliklə zalimləri həlak edərik
A.Mehdiyev və D.Cəfərli:
küfr edənlər öz peyğəmbərlərinə dedilər: «Əgər bizim dinimizə qayıtmasanız, biz sizi mütləq öz vilayətimizdən çıxaracağıq». Beləliklə, Rəbbi onlara vəhy etdi ki: «Zalımları mütləq həlak edəcəyik».
Kövsər Tağıyev:
İnkar edənlər peyğəmbərlərinə: “And olsun ki, ya sizi yurdumuzdan çıxararıq, ya da bizim dinimizə dönərsiniz”, dedilər. Rəbləri onlara belə vəhy etdi: “Biz zalımları mütləq yox edəcəyik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər öz peyğəmbərlərinə dedilər: "Biz sizi ya öz torpağımızdan qovacaq, ya da siz bizim dinimizə qayıdacaqsınız". Onların Rəbbi onlara [peyğəmbərlərə] vəhy etdi: "Biz haqsızları məhv edəcək
Sabirə Dünyamalıyeva:
kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər], elçilərinə: Rəbbi elçilərinə: "Biz şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənləri həqiqətən dəyişikliyə/məhvə məruz qoyacağıq onlardan sonra sizi mütləq o yerdə yerləşdirəcəyik. Bu, məqamımdan təhdidimdən qorxan üçündür" deyə vəhy etdi.