Əhzab Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb”– deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər.
Bünyadov-Məmmədəliyev:
O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.
Elmir Quliyev :
Вот некоторые из них сказали: жители Ясриба (Медины), вы не сможете выстоять! Вернитесь!" А некоторые из них попросили разрешения у Пророка и сказали: "Наши дома остались беззащитны". Они не были беззащитны они лишь хотели сбежать.
Ələddin Sultanov:
Bu vaxt onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada qalacaq yer yoxdur, geri qayıdın!” demişdi. Onlardan bir dəstə Peyğəmbərdən izin istəyərək: “Həqiqətən, evlərimiz açıqdır (təhlükə altındadır)”, - deyirdilər. Halbuki, evləri açıq deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər.
Kerbelayi Malik ağa:
Onlardan bir dəstə: ‘Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada dayanacaq yer yox! Artıq qayıdın.’ dedi. Onlardan digər bir qrup peyğəmbərdən: ‘Şübhəsiz ki, evlərimiz mühafizəsizdir (nəzarətsizdir).’ deyərək izn istəyirdilər. Evləri mühafizəsiz deyildi, sadəcə (savaşdan) qaçmaq istəyirdilər.
Ələsgər Musayev:
Onda dedi onlardan bir tayfa: «Ay Yəsrib əhli! Sizin üçün məqam yoxdur, qayıdın!» Onlardan bir firqə isə nəbidən izn istəyərək dedi: «Həqiqətən, evlərimiz açıqdır!» - bir surətdə ki, onlar açıq deyildi. Onlar ancaq fərarilik etmək istəyirdilər.
A.Mehdiyev və D.Cəfərli:
(yada sal), o zaman onlardan bir dəstə dedi: «Ey Mədinə əhli, (bu meydan) sizin qalmaq yeriniz deyildir odur ki, (öz şəhərinizə) qayıdın» (yoxsa hamınız öldürüləcəksiniz). Bir dəstə isə: «Bizim evlərimiz qoruyucusuzdur» deyib Peyğəmbərdən qayıtmaq izni istəyirdilər, halbuki (evləri) qoruyucusuz deyildi, onlar ancaq (cihaddan) qaçmaq istəyirdilər.
Kövsər Tağıyev:
O zaman onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) əhli! Sizin burada durmaq imkanınız yoxdur. Geri qayıdın”, demişdi. Onlardan başqa bir dəstə isə: “Evlərimiz açıqdır (mühafizə olunmur)”, deyərək peyğəmbərdən izin istəyirdilər. Halbuki evləri açıq (mühafizəsiz) deyildi. Onlar sadəcə qaçmaq istəyirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman onlardan bir dəstə dedi: "Ey Yəsrib [Mədinə] əhli! Bura sizin üçün duracaq yer deyildir, geri dönün!" Onlardan bir dəstəsi isə: "Evlərimiz başlı-başına qalıb," - deyərək, peyğəmbərdən icazə istədi. Lakin evləri başlı-başına deyildi, onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.
Sabirə Dünyamalıyeva:
o vaxt onlardan bir qrup: "Ey Yəsrib/Mədinə əhalisi! Sizin üçün qalacaq yer yoxdur, dərhal geri dönün" deyirdilər. Onlardan bir qismi də, "Evlərimiz həqiqətən müdafiəsizdir" deyərək Peyğəmbərdən icazə istəyirdilər. Halbuki evləri müdafiəsiz deyildi. Onlar, sadəcə olaraq qaçmaq istəyirdilər.