Şura Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya İsaya tövsiyə etdiyimizi sizin üçün dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər (Ona) üz tutanı Özünə tərəf yönəldər.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, İsaya tövsiyə etdiyini dində sizin üçün qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər tövbə edib Ona tərəf qayıdan kimsəni doğru yola yönəldər!
Elmir Quliyev :
Он узаконил для вас в религии то, что заповедал Нуху (Ною), и то, что Мы внушили тебе в откровении, и то, что Мы заповедали Ибрахиму (Аврааму), Мусе (Моисею) и Исе (Иисусу) : "Исповедуйте религию и не расходитесь во мнениях относительно нее". Тяжко для многобожников то, к чему ты их призываешь. Аллах избирает для Себя того, кого пожелает, и направляет к Себе того, кто обращается к Нему.
Ələddin Sultanov:
Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (peyğəmbər) seçər Ona yönələni doğru yola yönəldər.
Kerbelayi Malik ağa:
Allah dində Hz. Nuha vəsiyyət etdiyi şəriəti: ‘Dini ayaqda tutun dində firqələrə ayrılmayın.’ deyə Hz. İbrahimə, Hz. Musaya Hz. İsaya vəsiyyət etdiyimizi Sənə vəhy edərək sizə fərz qıldı. Sənin onları dəvət etdiyin (Allaha təslim olmağı diləmək) müşriklərə ağır gəldi. Allah dilədiyini Özünə seçər Ona yönələni Özünə hidayət edər.
Ələsgər Musayev:
Şəriət etdi sizin üçün dində ki, vəsiyyət etmişdi onunla Nuha odur ki, vəhy edirik sənə ki, vəsiyyət etmişdik onunla Ibrahimə Musaya Isaya ki: «Ayağa qalxın din üçün firqələrə bölünməyin onda!» Böyükdür üzərində müşriklərin ki, çağırırsan onları Ona tərəf! Allah seçir kimi istəyir hidayət edir Ona tərəf kim qayıdır.
A.Mehdiyev və D.Cəfərli:
(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi (aradakı şəriət sahibləri) İbrahim, Musa İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla birliklə) bərqərar edəsiniz onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb dinin bir olması) onlara çətin ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir (tovhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir.
Kövsər Tağıyev:
“Dini doğru-dürüst tutun onda ayrılığa düşməyin!” deyə Nuha əmr etdiyini, sənə vəhy etdiyini, İbrahimə, Musaya İsaya əmr etdiyini sizə din olaraq buyurdu. Ancaq sənin onları dəvət etdiyin şey (İslam dini) Allaha şərik qoşanlara ağır gəldi. Allah ona istədiyini seçər. İxlasla ona yönələnləri o qovuşdurar.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Nuha etdiyi tövsiyəni dində sizin üçün qanun etdi. (Həmin tövsiyə, eləcə də) sənə vəhy etdiyimiz, İbrahimə, Musaya İsaya tövsiyə etdiyimiz (budur): "Dini qoruyub saxlayın onda [dində] parçalanmayın!" Allah istədiyi kəsi (dini üçün) seçər tövbə edib Ona üz tutanı dinə yönəldər. (Əməl olunmasına) dəvət etdiyin məsələlər müşriklərə ağır gəldi.
Sabirə Dünyamalıyeva:
Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. Allah, dilədiyini özünə seçər qəlbdən yönələni də, o dəvət edilənə bələdçiləyər.