Maidə Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə )öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.
Bünyadov-Məmmədəliyev:
Sonra əhdlərini pozduqları üçün onları lənətlədik ürəklərini sərtləşdirdik. Onlar sözlərin (Tövratda peyğəmbərin vəsfinə dair kəlmələrin bəzi başqa ayələrin) yerlərini dəyişib təhrif edir xəbərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!
Elmir Quliyev :
За то, что они нарушили завет, Мы прокляли их и ожесточили их сердца. Они искажают слова, меняя их местами, и забыли долю из того, чему их научили. Ты всегда будешь обнаруживать их измену, за исключением некоторых из них. Прости же их и будь великодушен, ведь Аллах любит творящих добро.
Ələddin Sultanov:
Əhdlərini pozduqlarına görə onları lənətlədik onların qəlblərini qatılaşdırdıq. Onlar sözlərin yerlərini dəyişdirirlər (Tövratın əslini pozurlar). Özlərinə öyrədilənlərin (Tövratın) bir hissəsini unutdular. Onların az bir qismi istisna olmaqla, onlardan daim xəyanət görərsən. Yenə də, onları bağışla onlara fikir vermə! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər. (Vaxtilə Tövrat kitabı yalnız bir nüsxədən ibarət idi. Heç kim onun hamısını əzbərdən bilmirdi. Babillilər İsrail oğullarını əsir götürdükləri zaman Tövratın bu nüsxəsi itmişdi. İllər sonra İsrail oğulları əsirlikdən xilas olduqlarında Tövratın yadda qalan bəzi bölmələrini yenidən yazdılar. Bu gün əllərində olan Tövrat kitabında da həmin bölmələrin bir qismi Musa peyğəmbərin həyatından bəhs edən bölmələr yer alır.)
Kerbelayi Malik ağa:
Misaqlarını pozmaları səbəbiylə, biz onları lənətlədik, qəlblərini sərtləşdirdik. Onlar kəlmələrin yerlərini təhrif edərlər (dəyişdirərlər). Nəsihət olunduqları şeylərdən nəsiblərini almağı unutdular. Onlardan çox azı istisna olmaqla, davamlı onların xəyanətlərinə məruz qalarsan. Yenə onları bağışla təqsirlərindən keç. Şübhəsiz ki, Allah muhsinləri sevər.
Ələsgər Musayev:
Andlarını pozduqlarına görə onlara lənət edib qəlblərini bərkitdik. Onlar kəlmələrin mövzusunu təhrif edib onlara yad olunanların bir hissəsini unutdular. Sən ancaq az dəstəsindən başqa, hər vaxt onlardan xəyanət görərsən. Sən onları əfv et bağışla. Həqiqətən, Allah yaxşılıq edənləri sevər!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb təbiətlərini eybəcərliyə hökümətlərini süquta məhkum etdik) qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların az bir qismi istisna olmaqla –xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə (hələlik, qədər ki, cihada əmr olunmamısan) onlardan keç üz döndər ki, həqiqətən Allah yaxşıları yaxşı görənləri sevir.
Kövsər Tağıyev:
Verdikləri sözləri pozduqları üçün onları lənətlədik, qəlblərini qatılaşdırdıq. Sözləri yerlərindən mənalarından uzaqlaşdırırlar (təhrif edirlər). Yaddan çıxarmamalı olduqları şeylərin mühüm bir qismini unutdular. (Ey Muhamməd!) Onlardan çox azı xaric, onların daim bir xainliyini görürsən. Yenə sən onları bağışla (onların günahlarından təqsirlərindən) keç. Çünki Allah yaxşılıq edənləri sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əhdlərini pozduqlarına görə Biz onları lənətlədik ürəklərini sərtləşdirdik. Onlar sözlərin yerini dəyişərək təhrif edir onlara verilmiş öyüd-nəsihət xəbərdarlığın çoxunu unudurdular. Az bir qismi istisna olmaqla sən onlardan hələ xəyanət görəcəksən. Sən onları əfv et bağışla. Axı Allah xeyir əməl tutanları sevir.
Sabirə Dünyamalıyeva:
Sonra da əhdlərini pozduqları üçün onları uzaqlaşdırdıq qəlblərini qatılaşdırdıq. Onlar sözün/kəlmənin yerini/həqiqi mənasını dəyişdirirlər. Özlərinə verilən öyüd-nəsihətin çox hissəsini yadlarından çıxarırlar. Aralarından az bir qismi istisna olmaqla, sən onlardan həmişə xəyanət görərsən. Yenə sən onları bağışla onlara etina etmə. Şübhəsiz ki, Allah gözəl-yaxşı əməl işləyənləri sevər.