Əlixan Musayev:
Allah! Ondan başqa heç bir məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.
Bünyadov-Məmmədəliyev:
Allahdan başqa heç bir tanrı (məbud) yoxdur. Buna görə də möminlər ancaq Allaha təvəkkül etsinlər!
Elmir Quliyev
:
Аллах — нет божества, кроме Него. Пусть же верующие уповают только на Аллаха.
Ələddin Sultanov:
Allahdan başqa heç bir ilah yoxdur! Ona görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!
Kerbelayi Malik ağa:
Allah! Ondan başqa İlah yoxdur. Möminlər artıq Allaha təvəkkül etsinlər.
Ələsgər Musayev:
Allahdır – yoxdur Ilahi, ancaq Odur. Inananlar
Allaha təvəkkül etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
Yeganə (vücudu vacib olan) Allah, Ondan başqa bir tanrı yoxdur və möminlər yalnız Allaha təvəkkül etməlidirlər (iradə və istəkdən başqa özlərinə aid olan bütün işlərin baş verməsini yalnız Ondan bilməli və Onun öhdəsinə qoymalıdırlar).
Kövsər Tağıyev:
Allah ondan başqa heç bir ilah olmayandır. Möminlər yalnız Allaha təvəkkül etsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah! Ondan başqa heç bir tanrı yoxdur! Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər!
Sabirə Dünyamalıyeva:
Allah, Özündən başqa məbud deyə bir şey olmayandır. Möminlər işin nəticəsini yalnız Allaha tapşırsınlar.