Əlixan Musayev:
Rəbbin də onları əzabla qamçıladı.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
Elmir Quliyev
:
Тогда твой Господь пролил на них бич мучений.
Ələddin Sultanov:
Buna görə də Rəbbin onlara əzab qamçısı endirdi.
Kerbelayi Malik ağa:
Buna görə də Rəbbin onları əzab qamçısı ilə qamçıladı.
Ələsgər Musayev:
Yağdırdı onların üzərinə Rəbbin əzab qamçısını.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.
Kövsər Tağıyev:
Bu səbəblə Rəbbin onların üzərinə əzab qamçısı yağdırdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin Rəbbin də onların üzərinə əzab qamçısı yağdırdı.
Sabirə Dünyamalıyeva:
Ona görə də Rəbbin onların üzərinə əzab qamçısı yağdırdı.