Əlixan Musayev:
Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmək üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.
Elmir Quliyev
:
Кто же отвернется от религии Ибрахима (Авраама), кроме глупца? Мы избрали его в мирской жизни, а в Последней жизни он будет в числе праведников.
Ələddin Sultanov:
Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbər) seçdik. Şübhəsiz, o, axirətdə də əməlisalehlərdən olacaqdır.
Kerbelayi Malik ağa:
Nəfsini səfeh edəndən başqa kim İbrahimin dinindən üz çevirər? And olsun ki, Biz onu dünyada seçdik. Şübhəsiz ki, O, axirətdə də salehlərdəndir.
Ələsgər Musayev:
Kim uzaqlaşar millətindən
Ibrahimin ancaq kim ki, səfeh etdi nəfsini Əlbəttə, Biz seçdik
onu dünyada və həqiqətən, o axirətdə salehlərdəndir.
A.Mehdiyev və D.Cəfərli:
İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, imamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır.
Kövsər Tağıyev:
Özünübilməz kimsədən başqa İbrahimin dinindən kim üz döndərər? And olsun ki, biz İbrahimi bu dünyada seçdik (seçilmişlərdən etdik). Şübhəsiz ki, o, axirətdə də salehlərdəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Özünü səfeh yerinə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər ? Bu dünyada Biz onu seçdik, axirətdə də o, əməlisalehlərdəndir.
Sabirə Dünyamalıyeva:
Və İbrahimin dinindən/həyat tərzindən, özünü ağılsız yerinə qoyan kəsdən başqa kim üz çevirər? Və Biz onu dünyada seçdik. Heç şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən biridir.