Əlixan Musayev:
Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!
Elmir Quliyev
:
Когда их постигало добро, они говорили: "Это — для нас". А когда их постигало зло, они связывали его с Мусой (Моисеем) и теми, кто был с ним. Воистину, их дурные предзнаменования были у Аллаха, но большинство из них не знает этого.
Ələddin Sultanov:
Onlara xeyir gəldiyi zaman: “Bu bizim haqqımızdır!” - deyirdilər. Əgər onlara bir pislik üz verərsə, Musa və onunla bərabər olanları uğursuz sayırdılar. Bilin ki, onların uğursuzluğu yalnız Allah tərəfindəndir. Lakin onların çoxu bilməz.
Kerbelayi Malik ağa:
Artıq onlara bir həsənə (yaxşılıq) üz verdiyi zaman: ‘Bu bizim (haqqımızdır).’ dedilər. Onlara bir pislik üz verdikdə (onu), Musa (ə.s) və Onunla birlikdə olanların uğursuzluğu sayırlar. Lakin onların uğursuzluğu Allah tərəfindən deyilmi? Lakin onların çoxu bilmirlər.
Ələsgər Musayev:
Onda ki, gəlir onlara yaxşılıq, deyirlər: «Bu, bizim üçündür!» Əgər isbatdır onlara pislik, quş, Musa ilə və o kəsə ki, onunladır, aid edərdilər. Ə, məgər yoxmu? Həqiqətən, quşları Allah yanındadır və lakin əksəriyyəti onların bilmirlər!
A.Mehdiyev və D.Cəfərli:
Onlara yaxşılıq və bolluq gələndə, «bu, bizim özümüz(ün ləyaqətimiz)dəndir deyirdilər və elə ki, onlara bir pislik və bəla gəlirdi (bunu) Musanın və yanındakıların (ayaqlarının) uğursuzluqları ilə əlaqələndirirdilər. Əsla! Onların uğursuzluqlarının (və onlara gələn hər bir şər və bəlanın) səbəbi (onların) Allahın yanında (qeyd olunmuş günahları)dır və lakin onların çoxu (bunu) bilmirdilər.
Kövsər Tağıyev:
Lakin onlara yaxşılıq (bolluq vaxtı) gəldiyi zaman: “Bu bizimdir (biz çalışıb qazandıq)”, – deyərlər. Əgər başlarına bir yamanlıq gələrsə, Musa və onunla birlikdə olanların uğursuzluğuna yozardılar. Yaxşı bilin ki, onların uğursuzluq səbəbi ancaq Allah qatında (yazılı)dır. Lakin çoxları bilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlara bir yaxşılıq gələrsə onlar deyərlər: "Bu, bizim üçündür". Onlara pis işlər üz verdikdə isə, Musanı və onunla olanları bədxahlıq quşu [əlaməti] hesab edərlər. Əslində isə onların (uğursuzluq əlaməti olan) bu quşu Allahdandır, lakin onların çoxu bunu bilmir.
Sabirə Dünyamalıyeva:
Sonra onlara bir yaxşılıq üz verdikdə, "Bax bu, bizə məxsusdur" dedilər. Əgər onlara bir pislik üz versə, Musa və onun yanındakıların nəhsliyi kimi qəbul edirdilər. Yaxşı bilin ki, onların nəhsliyi Allahın dərgahındadır. Fəqət onların çoxu bilmir.