Taha Surəsi 133. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Kafirlər): “Nə üçün o, Rəbbindən bizə bir dəlil gətirmir?”– dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili çatmadımı?
Bünyadov-Məmmədəliyev:
(Kafirlər) dedilər: “Nə üçün o (Muhəmməd) Rəbbindən bizə (həqiqi peyğəmbər olmasına dəlalət edən) bir möcüzə gətirmir?” Məgər (Quranda) onlara əvvəlki (ilahi) kitablarda (keçmiş ümmətlərin həyatına, küfrləri üzündən düçar olduqları müsibətlərə dair) olanların bəyanı (yaxud açıq-aşkar dəlili) gəlmədimi?!
Elmir Quliyev :
Они говорят: "Почему он не принес нам знамение от своего Господа?" Но разве не явилось к ним ясное знамение о том, что было в первых скрижалях?
Ələddin Sultanov:
Onlar: “(Mühəmməd) Rəbbindən bizə bir möcüzə gətirməli deyildimi?” - dedilər. Əvvəlki kitablardakıların açıq-aşkar dəlili (Quran) onlara gəlmədimi?! (Yəni, Qurani-Kərim həm özünün, həm əvvəlki kitabların haqq olduğuna dəlil təşkil edən ilahi bir möcüzədir.)
Kerbelayi Malik ağa:
‘Bizə Rəbbindən bir ayə gətirsə olmazmı?’ dedilər. Əvvəlki səhifələrdə bəyyinələr (isbat vasitələri, dəlillər) onlara gəlmədimi?
Ələsgər Musayev:
Dedilər: «Məgər gəlməli deyilmi bizə ayətlə Rəbbindən?» Ə, gəlmədimi onlara bəyanat, ki, səhifələrində uluların?
A.Mehdiyev və D.Cəfərli:
(Kafirlər Qur’anı qəbul etməyib Salehin dəvəsi Musanın əsası kimi başqa bir möcüzə istəyərək) dedilər: «Nə üçün (Muhəmməd) bizə öz Rəbbi tərəfindən bir ayə möcüzə gətirmir?» Məgər əvvəlki kitablardakıların aydın açıqlaması (olan bu Qur’an) onlara çatmayıb?!
Kövsər Tağıyev:
İnanmayanlar: “Doğru söylədiyinə dair bizə Rəbbindən açıq bir dəlil (bir möcüzə) gətirsin görək”, dedilər. Əvvəlki kitablarda olanların açıq-aydın dəlili (olan Qur`an) onlara gəlmədimi?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Nə üçün o [Məhəmməd], bizə öz Rəbbindən bir möcüzə gətirmir?" Məgər ilk kitablarda olanların bəyanı onlara gəlib çatmayıbmı?
Sabirə Dünyamalıyeva:
inkar edənlər: "Elçilik iddiasında olan bu adam, Rəbbindən bizə bir nişan/işarət gətirsəydi!" dedilər. Onlara ilk səhifələrdə olan açıq-aşkar dəlillər gəlmədimi?