Ali-İmran Surəsi 133. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbiniz tərəfindən bağışlanmağa müttəqilər üçün hazırlanmış, genişliyi göylər yer qədər olan Cənnətə tələsin.
Bünyadov-Məmmədəliyev:
Rəbbinizin məğfirətinə genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.
Elmir Quliyev :
Спешите к прощению вашего Господа и Раю, ширина которого равна небесам и земле, уготованному для богобоязненных,
Ələddin Sultanov:
Rəbbinizin məğfirətinə genişliyi göylər yer qədər olub müttəqilər üçün hazırlanmış olan cənnətə tələsin!
Kerbelayi Malik ağa:
Rəbbinizdən olan məğfirətə genişliyi yerlər göylər qədər olan, müttəqilər üçün hazırlanmış olan cənnətə tələsin!
Ələsgər Musayev:
Sürətli olun tərəfinə bağışlanmağın Rəbbinizdən cənnətə, ərazisi onun səmalar ərzdir, hazırlanıb müttəqilər üçün,
A.Mehdiyev və D.Cəfərli:
R?bbiniz t?r?find?n olan bag?slanmaya v? genisliyi goyl?r v? yer (q?d?r) olan (v?) t?qval?lar ucun haz?rlanm?s C?nn?t? dogru t?l?sin.
Kövsər Tağıyev:
Allahın məğfirətinə, genişliyi göylərlə yer arası qədər olan Allaha qarşı gəlməkdən çəkinənlər üçün hazırlanmış olan cənnətə tələsin.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbiniz tərəfindən bağışlanmağa, müttəqilər üçün hazırlanmış genişliyi göylər yer qədər olan cənnətə tələsin!
Sabirə Dünyamalıyeva:
Rəbbiniz tərəfindən bağışlanmağa [tələsin], Allahın mühafizəsi altına daxil olan insanlar üçün hazırlanmış, genişliyi göylər yer qədər olan cənnətə tələsin. Allah, gözəl-yaxşı əməl işləyənləri sevər.