Əlixan Musayev:
Əzab onları bürüdükdə dedilər: “Ey Musa! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı bizdən sovuşdursan, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını mütləq səninlə birlikdə göndərəcəyik”.
Bünyadov-Məmmədəliyev:
Onlara əzab gəldikdə dedilər: “Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik”.
Elmir Quliyev
:
Когда наказание поражало их, они говорили: "О Муса (Моисей)! Помолись за нас твоему Господу о том, что Он обещал тебе. Если ты избавишь нас от наказания, то мы поверим тебе и отпустим с тобой сынов Исраила (Израиля)".
Ələddin Sultanov:
Onlara əzab gəldiyi zaman dedilər: “Ey Musa! Sənə verdiyi əhdin hörmətinə bizim üçün Rəbbinə dua et! Əgər əzabı bizdən dəf etsən, mütləq sənə iman gətirəcək və hökmən İsrail oğullarını səninlə göndərəcəyik”.
Kerbelayi Malik ağa:
Əzab üzərlərinə gəldiyi zaman: ‘Ey Musa (Allahın) səni sahib etdiyi əhd (nübüvvət, peyğəmbərlik əhdi) səbəbiylə bizim üçün Rəbbinə dua et. Əgər bizdən əzabı qaldırsan, biz sənə mütləq inanarıq və mütləq İsrail oğullarını səninlə birlikdə göndərərik.’ dedilər.
Ələsgər Musayev:
Amma elə ki, üzərinə onların cəza vaqeə oldu, dedilər: «Ay Musa! Çağır bizim üçün Rəbbini, sənin yanında olan əhd ilə. Əgər sən bu cəzadan bizim üçün şəfa etsən, biz sənə inanarıq və Israil oğullarını səninlə birlikdə göndərərik».
A.Mehdiyev və D.Cəfərli:
Və onlara (hər dəfə) əzab nazil olanda, (belə) deyirdilər: «Ey Musa, səninlə olan əhd-peymanına (nübuvvət, yaxud duanın qəbul olunması əhd-peymanına) xatir bizim üçün Rəbbini çağır ki, əgər bu əzabı (filan müddətədək) bizdən götürsən, sənə mütləq iman gətirəcək və İsrail övladlarını səninlə göndərəcəyik».
Kövsər Tağıyev:
Üstlərinə əzab çökdüyü zaman: “Ey Musa! Sənə verdiyi sözə uyğun olaraq bizim üçün Rəbbinə dua et. Əgər əzabı üstümüzdən götürsən, mütləq sənə inanacağıq və İsrail oğullarını səninlə birlikdə, əlbəttə, göndərəcəyik”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar əzaba məruz qaldıqda isə dedilər: "Ey Musa, Rəbbini sənə vardiyi (peyğəmbərlik) naminə bizim üçün çağır. Əgər sən bu əzabı üzərimizdən götürsən, and içirik ki, biz sənə hökmən inanacaq və İsrail övladlarını səninlə göndərəcəyik".
Sabirə Dünyamalıyeva:
Və bu əzab onların üstünə çökdüyündə, "Ey Musa! Səninlə olan əhdi/verdiyi söz xatirinə bizim üçün Rəbbinə dua et, əgər sən bizdən bu cəzanı götürsən, həqiqətən sənə iman gətirəcəyik. Və həqiqətən İsrail oğullarını səninlə birlikdə göndərəcəyik." dedilər.