Ali-İmran Surəsi 135. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəslər ki, bir pis gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, günahları Allahdan başqa kim bağışlaya bilər? onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.
Bünyadov-Məmmədəliyev:
O müttəqilər ki, bir günah gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.
Elmir Quliyev :
Тем же, которые, совершив мерзкий поступок или несправедливо поступив против самих себя, помянули Аллаха и попросили прощения за свои грехи, ведь кто прощает грехи, кроме Аллаха? и тем, которые сознательно не упорствуют в том, что они совершили,
Ələddin Sultanov:
O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm et­dik­ləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) biləbilə israr etməzlər.
Kerbelayi Malik ağa:
Onlar (təqva sahibləri) bir günah işlətdikləri ya nəfslərinə zülm etdikləri zaman Allahı zikr edərlər, dərhal günahları üçün məğfirət diləyərlər. Allahdan başqa kim günahları məğfirət edər. Onlar etdikləri şeylərdə (xətalarında) bilərək israr etməzlər.
Ələsgər Musayev:
O kəslər, onda ki, fəaliyyət edirlər fahişəlik, ya zülm edirlər nəfslərinə, yad etdilər Allahı bağışlanmaq istəyərlər öz günahları üçün. Kim bağışlayar günahları Allahdan başqa? İsrar etmirlər üzərində ki, fəaliyyət ediblər onlar bilərlər.
A.Mehdiyev və D.Cəfərli:
V? o k?sl?r ki, cirkin bir is (boyuk gunah) gordukd? v? ya (kicik bir gunahla) ozl?rin? zulm etdikd?, Allah? yada salar v? gunahlar? ucun bag?slanmaq ist?y?rl?r. Gunahlar? Allahdan basqa kim bag?slaya bil?r? V? onlar etdikl?ri isd? bil?r?kd?n israr etm?zl?r.
Kövsər Tağıyev:
Yenə onlar çirkin bir gördükləri, yaxud nəfslərinə zülm etdikləri zaman Allahı xatırlayıb dərhal günahlarının bağışlanmasını istəyənlər ki Allahdan başqa günahları kim bağışlayar? bilə-bilə etdikləri (günah) üzərində israr etməyənlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəsləri ki, əgər onlar günah bir tutar ya özlərinə zülm edərlərsə, Allahı yada salar, Ondan günahlarının bağışlanmasını istərlər, - axı Allahdan başqa günahları kim bağışlaya bilər ? - öz əməlləri üzərində bilə-bilə israr etməzlər.
Sabirə Dünyamalıyeva:
pis bir həyasızlıq işlədikləri yaxud da öz-özlərinə haqsızlıq etdikləri zaman dərhal Allahı yada salıb günahlarına görə əfv diləyən, -Allahdan başqa günahları bağışlayan kimdir? - işlədikləri pis əməllərdə bilə-bilə israr etməyən,