Ənam Surəsi 135. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən edəcəyəm. Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Qüreyş kafirlərinə) de: “Ey camaatım, əlinizdən gələni edin. Mən (öz vəzifəmi) yerinə yetirirəm. Axirət yurdunun (gözəl) aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!
Elmir Quliyev :
Скажи: мой народ! Действуйте по своему усмотрению, и я тоже буду действовать. Вы узнаете, кому достанется Последняя обитель. Воистину, не преуспеют беззаконники".
Ələddin Sultanov:
De: “Ey qövmüm, əlinizdən gələni edin! Mən (öz üzərimə düşəni) edirəm. Yaxın bir vaxtda (dünya) yurdunun sonunun kimin xeyrinə olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapa bilməzlər”.
Kerbelayi Malik ağa:
De ki: ‘Ey qövmüm, edəcəyiniz şeyi edin! Şübhəsiz ki, mən edirəm. Artıq bu yurdun sonunun kimin olacağını yaxında biləcəksiniz. Çünki zalımlar fəlaha çata bilməzlər.’
Ələsgər Musayev:
Həqiqətən, ki, sizə vəd olunur, gəlib yetişəcək siz qadir deyilsiz onu aciz edəsiz!
A.Mehdiyev və D.Cəfərli:
De: «Ey qövmüm, (mənim dəvət dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar».
Kövsər Tağıyev:
De ki: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən (vəzifəm nəyi tələb edirsə, onu) edəcəyəm. Amma dünya yurdunun aqibətinin kimin olacağını yaxın zamanda öyrənəcəksiniz. Şübhəsiz, zalımlar qurtuluşa nail olmazlar”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Ey camaatım! Əlinizdən gələni edin, mən edirəm. Axirət evinin kimə qismət olacağını biləcəksiniz. Haqsızlar uğur qazanmazlar.
Sabirə Dünyamalıyeva:
De ki: "Ey qövmüm! Gücünüz çatdığı qədər edəcəyinizi edin! Şübhəsiz ki, mən edirəm. Tezliklə Yurdun axırının kimə qalacağını biləcəksiniz. Şübhəsiz ki, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər nicat tapmazlar."