Əlixan Musayev:
Onlar öz (batil) iddialarına görə: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz”– deyirlər. (Müşriklər )mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də( kəsərkən) üstündə Allahın adını çəkmirlər. Onlar (bunu) Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”, - dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Müşriklər) bütün bunları (Allahın əmri deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir.
Elmir Quliyev
:
На основании своих предположений они говорят: "Эта скотина и эти посевы запретны. Питаться ими может только тот, кому мы позволим". На одной скотине они запрещают ездить верхом и возить грузы, а над другой скотиной они не произносят имени Аллаха, возводя на Него навет. Он воздаст им за то, что они измышляют!
Ələddin Sultanov:
Onlar öz iddialarına görə belə dedilər: “Bu davarlar və əkinlər haramdır. Bizim istədiklərimizdən başqası onları yeyə bilməz. (Bunlar isə) minilməsi qadağan edilmiş heyvanlardır”. Kəsərkən Allahın adını çəkmədikləri heyvanlar da var. Onlar Allaha iftira yaxaraq bunları edərlər. Yaxdıqları iftiraya görə Allah onları cəzalandıracaqdır. (Müşriklər “Bəhirə”, “Saibə” və “Vəsilə” olaraq adlandırdıqları dəvə və qoyunların ətini və südünü öz istədikləri kimsələrdən başqalarına haram edirdilər. “Ham” adını verdikləri dəvələrə də minməyi haram etmişdilər. Onlar bəzi heyvanları kəsərkən bütlərin adını çəkirdilər. Yuxarıdakı ayə onların bu hərəkətlərinə işarə edir.)
Kerbelayi Malik ağa:
Onlar öz zənnləri ilə: ‘Bizim dilədiyimiz kəslər istisna olmaqla, bu heyvanlar və əkinlər haramdır, onları yeməyin!’ dedilər. (Bir qisim) heyvanların beli (belinə minmək) haram qılındı. Bir qisim heyvanların da üzərlərində Allahın adını çəkmirlər (onları bəsmələ ilə kəsmirlər). (Allah) iftira atdıqlarına görə onları yaxında cəzalandıracaq.
Ələsgər Musayev:
Beləliklə, şərikləri zinətləndirdi müşriklərdən əksəriyyəti üçün övladlarını qətlə yetirməyi. Ondan ötrü ki, onları məhv edib və dinlərini libasa bürüsün. Əgər Allah istəsəydi onlar bunu etməzdilər. Tərk et onları və nə ki, iftira etdiklərini!
A.Mehdiyev və D.Cəfərli:
Onlar öz gümanlarına əsaslanaraq, Allaha iftira yaxmaq üzündən dedilər: «Bunlar qadağan olunmuş dördayaqlılar və əkindir, bizim istədiyimiz kəslərdən (bütlərin xidmətçilərindən) başqası onlardan yeməməlidir və bunlar minilmələri haram olan dördayaqlılardır.» Həmçinin (kəsərkən başları) üzərində Allahın adını çəkmədikləri dördayaqlılar(ı da var idi). (Allah) tezliklə onları yaxdıqları iftiranın müqabilində cəzalandıracaqdır.
Kövsər Tağıyev:
Bir də (əsassız iddialar ortaya ataraq) dedilər ki: “Bunlar qadağan olunmuş heyvanlar və əkinlərdir. Onları bizim istədiklərimizdən başqası yeyə bilməz. (Bunlar da) belləri (minilməsi və yüklənməsi) haram edilmiş heyvanlardır”. Bir qism heyvanları da kəsərkən Allahın adını çəkməzlər. (Bütün bunları) Allaha iftira ataraq edərlər. Bu iftiraları səbəbi ilə Allah onları cəzalandıracaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar: “Bunlar qadağan olunmuş mal-qara və əkindir. Onları yalnız bizim istədiyimiz kəslər yeyə bilər." - deyə iddia etdilər. Heyvanlardan eləsi vardır ki, minilməsi qadağan edilmişdir, eləsi də vardır ki, (kəsərkən) Allaha yalan uyduraraq Onun adını zikr etmirlər. Allah onları uydurduqları yalana görə cəzalandıracaqdır.
Sabirə Dünyamalıyeva:
Və onlar, səhv inancları səbəbiylə: "Bunlar, toxunulmaz heyvanlar və əkinlərdir. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar beli qadağan edilmiş heyvanlardır" dedilər. Və bəzi heyvanları Allaha yalan uyduraraq üstündə Onun adını çəkməzlər. Allah, onları atdıqları böhtanlar səbəbiylə cəzalandıracaq.