Hud Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur Ondan başqa ilah yoxdur. Siz müsəlman olacaqsınızmı?
Bünyadov-Məmmədəliyev:
Yox, əgər (köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! (Bütün bunlardan sonra) islamı qəbul etməzmisiniz?
Elmir Quliyev :
Если они не ответят вам, то знайте, что он ниспослан с ведома Аллаха и что нет божества, кроме Него. Неужели вы не станете мусульманами?
Ələddin Sultanov:
Əgər (köməyə çağırdıqlarınız) sizə cavab vermirlərsə, bilin ki, Quran ancaq Allahın elmi ilə nazil olmuşdur Ondan başqa heç bir ilah yoxdur! Elə isə, müsəlman olmayacaqsınızmı?
Kerbelayi Malik ağa:
O zaman (əgər) sizə cavab verə bilməzlərsə, o təqdirdə (Onun) Allahın elmi ilə endirilmiş olduğunu Ondan başqa ilah olmadığını bilin! Artıq siz müsəlman oldunuzmu?
Ələsgər Musayev:
Əgər sizə cavab verməsələr, bilin ki, həqiqətən, Allahın elmilə nazil olub o. Ondan başqa Ilahi yoxdur! Məgər təslim olmazsınızmı?»
A.Mehdiyev və D.Cəfərli:
Buna görə (ey müsəlmanlar), əgər inkar edənlər sizin bu dəvətinizi qəbul etməsələr (və ey müşriklər, əgər alimləriniz bu üzləşmədən boyun qaçırsalar), onda bilin ki, şübhəsiz bu (kitab) Allahın elmi ilə nazil olmuşdur Ondan başqa bir məbud yoxdur. Belə isə (haqqa) təslim olacaqsınız?!
Kövsər Tağıyev:
Əgər sizə (bu barədə) cavab verə bilmədilərsə, bilin ki, o, (Qur`an) ancaq Allahın elmi ilə endirilmişdir Ondan başqa bir ilah yoxdur. Artıq müsəlman olursunuzmu?
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar [köməyə çağırdıqlarınız] sizə hay verməsələr, onda bilin ki, o [Quran], Allahın bilgisi ilə nazil olub Ondan başqa heç bir Tanrı yoxdur! Artıq siz təslim [müsəlman] olarsınızmı?
Sabirə Dünyamalıyeva:
Yox, əgər belə dedikdə onlar sizə cavab verməsələr, artıq bilin ki, Quran ancaq Allahın elmi ilə nazil edilmişdir. Ondan başqa məbud deyə bir şey yoxdur. Artıq siz müsəlman olursunuzmu?