Əlixan Musayev:
(Süleymanın) ölümünə hökm verdiyimiz zaman onun öldüyünü (cinlərə) ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. (Süleyman) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar.
Bünyadov-Məmmədəliyev:
Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar.
Elmir Quliyev
:
Когда же Мы предписали ему умереть, они узнали об этом лишь благодаря земляному червю, который источил его посох. Когда же он упал, джинны уяснили, что если бы они знали сокровенное, то не оставались бы в унизительных мучениях.
Ələddin Sultanov:
Ölümünə hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu onlara göstərdi. O, (Süleyman ölmüş vəziyyətdə) yerə yıxıldıqda aydın oldu ki, əgər cinlər qeybi bilsəydilər, alçaldıcı əzabın içində qalmazdılar.
Kerbelayi Malik ağa:
Onun ölümünə hökm etdiyimiz zaman ölümünün ortaya çıxmasına, sadəcə əsasını yeyən bir ağac qurdu səbəb oldu. Ancaq yerə yıxıldığı zaman (ölümü) cinlərə bəlli oldu (cinlər, onun öldüyünü o zaman anladılar). Əgər qeybi bilmiş olsaydılar, alçaldıcı əzabın içində qalmazdılar.
Ələsgər Musayev:
Amma elə ki, onun
üzərinə ölümü qərara aldıq, onun ölümünü, ancaq ərz canlısı,
hansı ki, əl ağacını içindən yeyərək göstərdi. Amma elə ki, o,
xar oldu, cinlərə bəyan oldu ki, əgər onlar qeybi bilsəydilər,
alçaldıcı əzab içində qalmazdılar.
A.Mehdiyev və D.Cəfərli:
Ölümü onun üçün (o, əsaya söykənmiş halda olarkən) qərara aldıq (və onu öldürdük). Yalnız yerdə hərəkət edən onun əsasını yeyən bir qurd (taxtabiti) onları (ailəsini və cinləri) onun ölümündən xəbərdar etdi. (Süleyman) yerə yıxılanda (qeyb elmini bilmək iddiasında olan) cinlər başa düşdülər ki, əgər qeybi bilsəydilər, o alçaldıcı əzabda qalmazdılar. (Uzun müddət müti halda artıq çoxdan dünyasını dəyişmiş sultanın hüzurunda durmazdılar.)
Kövsər Tağıyev:
Süleymanın ölümünə hökm verdiyimiz zaman onun ölümünü onlara ancaq əsasını yeyən bir qurd göstərdi. Süleymanın cəsədi yıxıldıqda cinlər anladılar ki, əgər qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona ölüm hökmünü verən zaman öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir həşərat bildirdi. (Həşərat əsanı yedikdən sonra) o yıxılıb yerə düşəndə cinlərə aydın oldu ki, əgər onlar qeybi bilsəydilər, belə rüsvayedici əziyyət içərisində qalmazdılar [belə ağır işlər görməzdilər].
Sabirə Dünyamalıyeva:
14) Nə zaman ki, Biz onun ölümünü gerçəkləşdirdik; onun öldüyü barədə onlara ancaq əsasını yeyən yer üzü canlısı dəlalət etdi. Onun öldüyünü dərk etmələrinə, sadəcə əsasını yeyən yer canlısı/qurd səbəb oldu. Nə zaman ki üz üstü yerə yıxıldı, məlum oldu ki: "O yadlar bilmədikləri [şeyi, yəni] Süleymanın ölümünü bilmiş olsaydılar, o alçaldıcı əzab; həsrət, qürbət, əsarət içində, ağır işlər altında, zəncirə vurulmuş halda qalmazdılar."[#241]