Fussilət Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara önlərindən arxalarından: “Yalnız Allaha ibadət edin!”(– deyə əmr edən) elçilər gəlmişdi. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq!”– demişdilər.
Bünyadov-Məmmədəliyev:
Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca: “Yalnız Allaha ibadət edin” deyən peyğəmbərlər gəldiyi zaman onlar: “Əgər Rəbbimiz (bizim ancaq Ona iman gətirməyimizi, bütlərə sitayiş etməməyimizi) istəsəydi, (peyğəmbər olaraq) mələklər endirərdi. Biz sizinlə göndərilənlərə (risalətə, şəriətə) inanmırıq!” deyə cavab vermişdilər.
Elmir Quliyev :
Посланники приходили к ним спереди и сзади: "Не поклоняйтесь никому, кроме Аллаха". Они же говорили: "Если бы наш Господь захотел, то ниспослал бы ангелов. Воистину, Мы не веруем в то, с чем вы посланы".
Ələddin Sultanov:
Çünki peyğəmbərlər onların yanına gəlib önlərindən arxalarından (hər zaman hər yerdə): “Allahdan başqasına ibadət etməyin!” - dedilər. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələkləri endirərdi. Ona görə biz sizinlə göndərilənləri inkar edirik!” - dedilər.
Kerbelayi Malik ağa:
Onlara önlərindən arxalarından (özlərindən əvvəl sonra) Allahdan başqasına qul olmamaları üçün rəsullar gəldiyi zaman dedilər ki: ‘Əgər Rəbbimiz diləsəydi, mütləq mələkləri endirərdi. Bu səbəblə həqiqətən biz sizinlə göndəriləni inkar edənlərik.’
Ələsgər Musayev:
Onda ki, gəldi onlara rəsullar qarşıdan arxadan: «Ibadət etməyin Allahdan başqasına!» Dedilər: «Əgər istəsəydi Rəbbimiz, nazil edərdi mələklər. Biz ilə ki, göndərilmisiniz, onunla kafirik!»
A.Mehdiyev və D.Cəfərli:
Özlərindən qabaqkı sonrakı peyğəmbərlər onların yanına gələndə «Allahdan başqasına ibadət etməyin!» (dedilər). (Ayədən belə məlum olur ki, bütün peyğəmbərlər hamının peyğəmbərləridir sanki onlara bu sözü peyğəmbərlərin hamısı deyiblər.) Onlar dedilər: «Əgər bizim Rəbbimiz (bizim iman gətirməyimizi) istəsəydi, mütləq, mələklər göndərərdi. Buna görə biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik.»
Kövsər Tağıyev:
Bir vaxt onlara peyğəmbərlər önlərindən arxalarından gəlmiş: “Allahdan başqasına ibadət etməyin”, demişdilər, onlar isə: “Əgər Rəbbimiz istəsəydi, (peyğəmbər olaraq) mələklər endirərdi. Bu səbəblə biz sizinlə göndərilənləri inkar edirik”, demişdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman onlann önlərindən arxalanndan onlara "Allahdan başqa heç kimə ibadət etməyin" - deyən peyğəmbərlər gəldilər. Onlar isə dedilər: "Əgər Rəbbimiz istəsəydi, mələkləri göndərərdi. Sizinlə göndərilən şeylərə isə biz inanmırıq."
Sabirə Dünyamalıyeva:
Bir vaxt onlara, "Allahdan başqasına ibadət etməyin!" deyə önlərindən-arxalarından [hər yanlarından] elçilər gəlmişdi. Onlar: "Əgər Rəbbimiz istəsəydi, əlbəttə, mələklər endirərdi. Buna görə biz, sizinlə göndərilən şeyləri həqiqətən bilə-bilə rədd edirik/inanmırıq" dedilər.