Əlixan Musayev:
De: “Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, (hamını )yedirir, Özünü isə (heç kəs) yedirmir”. De: “Mənə (Allaha) təslim olanların birincisi olmaq əmr edildi”. Odur ki, sən müşriklərdən olma.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” (deyə buyuruldu).
Elmir Quliyev
:
Скажи: "Неужели я возьму своим покровителем кого-либо, кроме Аллаха, Творца небес и земли? Он кормит, а Его не кормят". Скажи: "Мне велено быть первым из тех, кто покорился". Не будь же в числе многобожников.
Ələddin Sultanov:
De: “Göyləri və yeri yaradan, (yaratdıqlarını) bəslədiyi halda Özü bəslənməyən Allahdan başqasınımı özümə dost tutacağam?!” De: “Mənə ilk müsəlman olmağım əmr edildi və: “Əsla müşriklərdən olma!” (- deyə buyuruldu)”.
Kerbelayi Malik ağa:
De ki: ‘Səmaları və yeri yaradan Allahdan başqa bir vəli (dost) tutarammı? Doyuran (yedirən) və Özü doyurulmayan (yedirilməyən) Odur.’’Şübhəsiz ki, mən təslim olanların ilki olmaqla və müşriklərdən olmamaqla əmr olundum.’ de.
Ələsgər Musayev:
De: «Ə, səmaları və ərzi yaradan Allahdan qeyrisinimi dost tutum? O təam verir və Ona təam verilmir». De: «Mən əmr olunub ki, təslim olanlardan əvvəlincisi olam və müşriklərdən olmayam!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Göylərin və yerin yaradanı olan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı və yardımçı götürüm?!». De: «Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur və (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım)».
Kövsər Tağıyev:
De ki: “Göylərin və yerin yaradıcısı olan, bəslədiyi halda bəslənməyə ehtiyacı olmayan Allahdan başqasınımı dost tutum?” De ki: “Mənə (Allaha) təslim olanların ilki olmağım əmr edildi və Allaha şərik qoşanlardan olma (deyildi)”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mən göyləri və yeri yaradan, (hamını) yedirən, Özü isə yedirilməyən Allahdan başqasını himayədar götürərəmmi?" De: “mənə müsəlman olanların ilki olmam əmr edildi və "Heç vaxt müşriklərdən olma deyildi.”
Sabirə Dünyamalıyeva:
De ki: "Göyləri və yeri yoxdan var edən, bəsləyən, lakin Özü bəslənməyən Allahdan başqa kömək edən, qoruyan, yol göstərən bir yaxın qəbul edərəmmi?" De ki: "Mənə müsəlmanların ilki olmaq əmr edildi." Və sən əsla Allaha şirk qoşanlardan olma!