Əlixan Musayev:
Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.
Elmir Quliyev
:
О те, которые уверовали! Будьте помощниками Аллаха. Иса (Иисус), сын Марьям (Марии), сказал апостолам: "Кто будет моим помощником на пути к Аллаху?" Апостолы ответили: "Мы — помощники Аллаха". Часть сынов Исраила (Израиля) уверовала, а другая часть не уверовала. Мы поддержали тех, которые уверовали, в борьбе с их врагами, и они вышли победителями.
Ələddin Sultanov:
Ey iman gətirənlər, Allahın yardımçıları olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim yardımçılarım kimlərdir?” - demişdi. Həvarilər də: “Allahın yardımçıları bizik!” - demişdilər. İsrail oğullarından bir tayfa (İsaya) iman gətirdi, bir tayfa isə onu inkar etdi. Biz də iman gətirənləri düşmənlərinə qarşı dəstəklədik və onlar qalib gəldilər.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Allahın yardımçıları olun! Məryəm oğlu İsa (ə.s)in həvarilərə: ‘Kim Allah üçün mənim yardımçılarım olar?’ dediyi zaman həvarilərin: ‘Biz Allahın yardımçılarıyıq.’ dediyi kimi. Bunun üzərinə İsrail oğullarından bir qrup iman etdi, bir qrup inkar etdi. O zaman iman edənləri düşmənlərinə qarşı qüvvətləndirdik. Beləcə onlar üstün gəldilər.
Ələsgər Musayev:
Ay o
kəslər ki, inanırsınız! Allahın yardımçıları olun. Nə qədər ki,
Isa Məryəm oğlu havarilərə dedi: «Allaha tərəf kim mənə
yardım edər?» Havarilər dedi: «Biz Allahın yardımçılarıyıq!»
Inandı bir tayfa Israil oğullarından və bir tayfa kafir oldu. Biz
möhkəmlətdik o kəsləri ki, inandılar, onların düşmənlərinin
üzərində və onlar zahirən qalib oldular.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allahın köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa Həvarilərə (qəlbləri işıqlı, ağ paltarlı öz etibarlı şagirdlərinə) dedi: «Allah yolunda mənim köməkçilərim kimdir?» Həvarilər dedilər: «Bizik Allahın köməkçiləri». Amma İsrail övladlarından bir dəstə iman gətirdi və bir dəstə kafir oldu. Biz də iman gətirənlərə düşmənləri üzərində (dəlil-sübutda və döyüş qüvvəsində üstün etməklə) kömək etdik, beləliklə də onlar qalib gəldilər.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allahın yardımçıları olun. Necə ki Məryəm oğlu İsa da həvarilərə: “Allaha gedən yolda mənim yardımçılarım kimdir?” – demişdi. Həvarilər isə: “Biz Allahın yardımçılarıyıq”, – demişdilər. Bundan sonra İsrail oğullarından bir qismi inanmış, bir qismi də inkar etmişdi. Nəhayət, biz inananları düşmənlərinə qarşı dəstəklədik. Beləliklə, üstün gəldilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər, Allahın (dininin) yardımçıları olun! necə ki, Məryəm oğlu İsa həvarilərinə: "Allah yolunda yardımçılarım kimdir?“ - demişdi; həvarilər də: "Bizik Allahın (dininin) yardımçıları!" - demişdilər. İsrail övladlarından bir dəstə iman gətirdi, o biri dəstə isə küfr etdi. Biz də iman gətirənləri öz düşmənlərinə qarşı dəstəklədik və onlar müzəffər oldular.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allahın köməkçiləri olun; Necə ki, Məryəm oğlu İsa həvarilərə: "Allah üçün mənim köməkçilərim kimdir?" demişdi. Həvarilər: "Allahın köməkçiləri bizik" dedilər. Sonra İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa iman gətirmədi. Sonra da Biz, inanmış kəsləri, düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qalib gəldilər.