Əlixan Musayev:
(Cənnət ağaclarının) kölgələri (özləri) onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
Bünyadov-Məmmədəliyev:
(Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
Elmir Quliyev
:
Тени будут близки к ним, и плоды будут подчинены им полностью.
Ələddin Sultanov:
Oranın kölgələri onlara yaxınlaşacaq, meyvələri də onların tam ixtiyarına veriləcək.
Kerbelayi Malik ağa:
Onun (ağaclarının) kölgəsi, onların üzərinə yaxındır. Meyvələri də onların ixtiyarına verilərək yaxınlaşdırılmışdır.
Ələsgər Musayev:
Üzərlərində kölgə onlara yaxın olar və meyvələri onların ixtiyarında olar.
A.Mehdiyev və D.Cəfərli:
(Ağaclarının) kölgələri onların başları üstünə kölgə salacaq, yetişmiş meyvələri isə asanlıqla əyiləcək və onların ixtiyarına veriləcək.
Kövsər Tağıyev:
Üstlərinə cənnətin kölgələri düşmüş, cənnətin meyvələri (asanlıqla dəriləcək şəkildə) yaxınlaşdırılaraq hazırlanmışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun [ağacların] kölgəsi onların üzərinə düşər, meyvələri isə lap aşağı sallanar (ki, dərə bilsinlər).
Sabirə Dünyamalıyeva:
orada nə bir günəş, nə də dondurucu bir soyuq görəcəklər və bağçanın kölgələri onların üstlərinə əyiləcək və toplanmaları əyildikcə əyiləcək.