Şəms Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.
Bünyadov-Məmmədəliyev:
Lakin onlar (Salehi) yalançı saydılar onu (dəvəni) tutub kəsdilər. Rəbbi bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.
Elmir Quliyev :
Они сочли его лжецом и подрезали ей поджилки, и за этот грех Господь подверг их наказанию одинаковому для всех (или сровнял над ними землю).
Ələddin Sultanov:
Ancaq onlar peyğəmbəri təkzib etdilər dəvəni kəsdilər. Rəbbi günahlarına görə onlara əzab göndərdi oranı yerlə-yeksan etdi.
Kerbelayi Malik ağa:
Lakin onu yalanladılar. Sonra onu (dəvəni) kəsdilər. Günahları səbəbiylə, Rəbləri onları əzablandırdı. Sonra da o diyarı yerlə-yeksan etdi.
Ələsgər Musayev:
Təkzib etdilər onu kəsdilər onu Rəbləri günahlarına səbəb, yerlə yeksan etdi onları
A.Mehdiyev və D.Cəfərli:
Amma onlar onu (Salehi) təkzib etmişdilər Allahın dəvəsini öldürmüşdülər. Rəbbi günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.
Kövsər Tağıyev:
Lakin onlar onu inkar etdilər dəvəni kəsdilər. Bundan sonra Rəbləri günahları səbəbi ilə onları həlak etdi onları yerlə bir etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə onu yalançı hesab etdilər onu [dəvəni] kəsdilər. Onların Rəbbi etdikləri günaha görə onları qırıb yerlə-yeksan etdi.
Sabirə Dünyamalıyeva:
Fəqət onlar, onu təkzib etdilər, nəticəsindən qorxmayaraq, baldırından kəsərək Allahın dəvəsini öldürdülər.