Ali-İmran Surəsi 140. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər siz (Uhud döyüşündə) yara almışsınızsa, o (düşmən) qövm bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir.
Bünyadov-Məmmədəliyev:
Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!
Elmir Quliyev :
Если вам нанесена рана, то ведь подобная рана уже была нанесена и тем людям. Мы чередуем дни (счастье и несчастье) для людей, чтобы Аллах узнал уверовавших и избрал среди вас павших мучеников, ведь Аллах не любит беззаконников,
Ələddin Sultanov:
Əgər siz (Ühüd döyüşündə) bir yara almışsınızsa, o biri (kafir olan) dəstə (Bədr döyüşündə) buna bənzər bir yara almışdı. Bu günləri insanlar arasında növbə ilə dəyişdiririk (bəzən bu dəstəyə, bəzən o biri dəstəyə zəfər nəsib edirik) ki, Allah iman gətirənləri (digərlərindən) ayırd etsin içərinizdən şahidlər tutsun. Allah zülm edənləri sevməz.
Kerbelayi Malik ağa:
Əgər siz bir yara aldınızsa, o təqdirdə o qövm o cür bir yara almışdır. Biz bu (sevincli kədərli) günləri insanlar arasında döndərib dolaşdırarıq. Allahın amənu olanları (imtahan edib) bilməsi (bildirməsi) sizdən (içinizdən) şəhidlər seçməsi üçündür. Allah zalımları sevməz.
Ələsgər Musayev:
Əgər sizə yara toxunubsa, fəqət o biri qouma həmin yaranın misli toxunub. bu günləri dəyişərik növbə ilə insanların arasında ondan ötrü ki, məlum etməsi üçün Allah o kəsləri ki, inanırlar götürsün sizlərdən şahidlər Allah sevməz zalimləri!
A.Mehdiyev və D.Cəfərli:
?g?r (Uhud doyusund?) siz? yara v? z?r?r-ziyan d?ydis? (B?dr doyusund? d?) o biri d?st?y? onun kimi yara v? z?r?r-ziyan d?ydi. Biz bu (q?l?b? v? m?glubiyy?t) gunl?ri(ni daha kamil bir qurulusun xeyiri,) Allah?n iman g?tir?nl?ri uz? c?xarmas? (v? Onun ?z?li elminin xarici al?md? gerc?kl?sm?si) ucun, h?mcinin sizin aran?zdan (axir?td? insanlar?n ?m?ll?rin? sahid durmaq ucun) sahidl?r goturm?k ucun insanlar?n aras?nda novb? il? doland?r?r?q. Allah zal?mlar? sevmir.
Kövsər Tağıyev:
Əgər siz (Uhudda) bir yara aldınızsa, şübhəsiz, o dəstə (müşriklər Bədrdə) bənzər bir yara almışdı. (Yaxşı pis) günləri insanlar arasında (belə) dəyişdiririk. (Bəzən bir topluluğa yaxşı ya pis günlər göstəririk, bəzən digərinə.) Allah sizdən iman edənləri ayırd etmək, sizdən şahidlər tutmaq üçün belə edər. Allah zalımları sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sizə [Uhud hərbində] bir xəsarət toxundusa, o camaata da [Bədr hərbində] həmin xəsarətdən toxunmuş idi. Biz o günləri [döyüşləri] insanlar arasında növbə ilə dəyişirik ki, Allah iman gətirənləri tanısın içərinizdən şəhidlər götürsün. Allah zalımları sevmir.
Sabirə Dünyamalıyeva:
Əgər sizə bir yara deydisə, o camaata da ona oxşar bir yara dəymişdi. bax o günlər [ki var]; Biz onları [o günləri], Allahın sizdən iman edən kəsləri bildirməsi/nişanlayıb göstərməsi sizdən şahidlər tutması, Allah, şərik qoşaraq səhv; öz zərərinə olan əməli işləyənləri sevməz.