Əlixan Musayev:
(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, (günahkarlar) başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.
Bünyadov-Məmmədəliyev:
Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!
Elmir Quliyev
:
Он уже ниспослал вам в Писании, чтобы вы не садились вместе с ними, если услышите, как они не веруют в знамения Аллаха и насмехаются над ними, пока они не увлекутся другим разговором. В противном случае вы уподобитесь им. Воистину, Аллах соберет вместе всех лицемеров и неверующих в Геенне.
Ələddin Sultanov:
(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onların (ayələrin) ələ salındığını eşitdiyiniz zaman, onlar (kafirlər) bundan başqa bir sözə (mövzuya) keçənə qədər onlarla birlikdə oturmayın! Yoxsa siz də onlar kimi olarsınız. Şübhəsiz ki, Allah münafiqləri və kafirləri cəhənnəmdə bir yerə toplayacaqdır.
Kerbelayi Malik ağa:
O (Allah) Kitabda (Quranda) sizə belə nazil etmişdi: ‘Allahın ayələrinin inkar edildiyini və onlarla istehza olunduğunu eşitdiyiniz zaman artıq ondan başqa bir sözə keçməyincə, onlarla birlikdə oturmayın. Əks halda (əgər onlarla birlikdə otursanız) mütləq siz də onlar kimi olarsınız. Şübhəsiz ki, Allah münafiqlərin və kafirlərin hamısını cəhənnəmdə toplayacaq olandır.
Ələsgər Musayev:
Əlbəttə, nazil
etdi sizin üçün kitabda ki, əgər onda ki, eşidəsiniz Allahın
ayətlərinə küfr edirlər və onlara istehza edirlər və onda
oturmayın onlarla birlikdə, ta ayrı söhbətə başlasınlar. Onda siz
də onların misli onlarsınız. Həqiqətən, Allah cəm edəcək
münafiqləri və kafirləri cəhənnəmdə cəmiyyən!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allah sizə bu kitabda (6-cı surənin 68-ci ayəsində) nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz də onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır.
Kövsər Tağıyev:
Allah sizə kitabda (Qur`anda): “Allahın ayələrinin inkar edildiyini və onlara istehza edildiyini eşitdiyiniz zaman, başqa bir sözə keçmədikləri müddətcə onlarla oturmayın, əks təqdirdə siz də onlar kimi olarsınız”, – deyə hökm endirmişdir. Şübhəsiz, Allah münafiqlərin və kafirlərin hamısını cəhənnəmdə toplayacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Kitabda sizə belə nazil etmişdir ki, əgər Allahın ayələrinin inkar olunduğunu və ələ salındığını eşitsəniz, onlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onlara tay olarsınız! Həqiqətən, Allah bütün münafiqləri və kafirləri cəhənnəmə toplayacaqdır.
Sabirə Dünyamalıyeva:
Və Allah Quranda sizə nazil etmişdir: "Allahın ayələrinin bilə-bilə inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, başqa bir sözə girişmədikləri müddətcə onlarla bir yerdə əyləşməyin. Əks halda siz də onlar kimi olarsınız." Şübhəsiz ki, Allah sizi daima izləyən kəslərin/münafiqlərin və kafirlərin [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlərin] hamısını cəhənnəmə toplayacaq.