Əraf Surəsi 140. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) dedi: “O, sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa tanrımı axtaracağam?”
Bünyadov-Məmmədəliyev:
(Musa yenə) dedi: “Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!”
Elmir Quliyev :
Он сказал: "Неужели я стану искать для вас другое божество, кроме Аллаха, который возвысил вас над мирами".
Ələddin Sultanov:
Musa dedi: “Allah sizi aləmlərə üstün etmiş ikən sizin üçün Allahdan başqa bir ilah istəyim?!”
Kerbelayi Malik ağa:
‘O, sizi aləmlərdən üstün etmişkən, sizə Allahdan başqa bir ilahmı istəyim?’ dedi.
Ələsgər Musayev:
Dedi: «Ə, Allahdan qeyri ilahimi istəyim sizin üçün O fəzilətli etdi sizi üzərində aləmlərin?»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Allah sizi aləmdəkilərdən (öz zamanınızın insanlarından) üstün etdiyi halda, mən sizin üçün Ondan başqa bir məbud axtarım?!»
Kövsər Tağıyev:
“Sizi aləmlərdən üstün tutduğu halda sizə Allahdan başqa ilah axtarım?”
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Sizin üçün Allahdan başqa bir tanrımı axtarım, bir halda ki, O, sizə aləmlər üzərində üstünlük vermişdir?"
Sabirə Dünyamalıyeva:
Musa dedi ki: "O, sizi aləmlərə üstün etdiyi halda, mən sizə Allahdan başqa məbudmu axtarım?"