Əlixan Musayev:
Onlar bir ümmət idi ki, gəlib getdi. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Onlar (İbrahim, Yəqub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz.
Elmir Quliyev
:
Этот народ уже миновал. Они получат то, что они заслужили, а вы получите то, что вы заслужили, и вы не будете спрошены о том, что они совершали.
Ələddin Sultanov:
Onlar gəlib keçmiş bir ümmət idi. Onların qazandıqları özlərinə, sizin qazandıqlarınız isə sizə aiddir. Siz onların gördüyü işlərdən hesaba çəkilməyəcəksiniz.
Kerbelayi Malik ağa:
Onlar bir ümmət idi ki, gəlib getdi. Onların qazandığı şeylər özlərinə, sizin qazandıqlarınız sizə aiddir. Onların etdiklərindən siz sorğu-sual olunmazsınız.
Ələsgər Musayev:
Bu ümmət,
əlbəttə xələdir. Onun üçündür nə kəsb etdi və sizin üçündür nə
kəsb etdiniz və sual olunmazsınız nədən ki, oldular əməl
edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Onlar keçib getmiş bir ümmətdirlər, onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir. Siz onların etdiyi əməllər barəsində əsla sorğu-sual olunmayacaqsınız.
Kövsər Tağıyev:
Onlar keçib getmiş bir ümmətdir. Onların qazandıqları onların, sizin qazandıqlarınız sizindir. Siz onların etdiklərindən məsul tutulmazsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bir tayfa idilər ki, keçib getdilər. Onların qazandıqları özlərinin, sizin də qazandıqlarınız özünüzündür. Siz onların əməllərindən ötrü sorğu-sual edilməyəcəksiniz.
Sabirə Dünyamalıyeva:
Onlar, gəlib keçən bir ümmət idi. Onların öz qazandıqları özlərinə aiddir, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdiklərindən məsuliyyət daşımırsınız.