Əlixan Musayev:
Onlar (imanla küfrün) arasında tərəddüd edir, nə bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf olurlar. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən!
Elmir Quliyev
:
Они колеблются между этим (верой и неверием), но не принадлежат ни к тем, ни к другим. Для того, кого Аллах вводит в заблуждение, ты уже не найдешь дороги.
Ələddin Sultanov:
Onlar bunların (iman ilə küfr) arasında tərəddüd edib, nə onlara (möminlərə), nə də bunlara (kafirlərə) bağlanarlar. Allahın azdırdığı kimsə üçün heç bir (çıxış) yolu tapa bilməzsən.
Kerbelayi Malik ağa:
Onlar bunların (küfrlə imanın) arasında tərəddüd edənlərdir. Nə bunlarla (möminlərlə) və nə də onlarla (kafirlərlə) olarlar. Allah kimi dəlalətdə buraxarsa, artıq sən onun üçün əsla bir yol tapa bilməzsən.
Ələsgər Musayev:
Bu ikisinin arasında
yaşayırlar. Nə onlarladırlar və nə bunlarla. Kimi zəlalətdə tərk
edərsə Allah, tapa bilməzsən onun üçün yol.
A.Mehdiyev və D.Cəfərli:
Onlar bu arada (möminlərlə kafirlər arasında, qəlb və ya əməldə) tərəddüddədirlər, nə (birdəfəlik) bunların tərəfindədirlər və nə də (birdəfəlik) onların. Allahın azğınlıqda boşladığı kəs üçün əsla bir yol tapa bilməzsən.
Kövsər Tağıyev:
Onlar küfr və iman arasında tərəddüd edirlər. Nə bunlara (möminlərə), nə də onlara (kafirlərə) bağlanırlar. Allah kimi zəlalətə düçar edərsə, ona əsla bir çıxış yolu tapa bilməzsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bunların [küfr və imanın] arasında tərəddüd edib nə onlara [kafirlərə], nə də bunlara [möminlərə] (qovuşurlar). Allah kimi yoldan çıxararsa, sən onun üçün heç vaxt bir yol tapa bilməzsən.
Sabirə Dünyamalıyeva:
Və Allah kimi azğınlığa salsa, sən artıq ona bir yol tapa bilməzsən.