Ənam Surəsi 143. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah, o heyvanlardan) səkkiz cift (yaratdı); qoyundan ikisini keçidən ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı (balaları)? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb (bu haqda) mənə xəbər verin”.
Bünyadov-Məmmədəliyev:
(Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək dişi olmaq üzrə) bir cüt qoyun bir cüt keçi. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!”
Elmir Quliyev :
Восемь парных особей: две из числа овец и две из числа коз. Скажи: "Он запретил самцов или самок? Или же то, что находится в утробах самок? Поведайте мне, опираясь на знание, если вы говорите правду".
Ələddin Sultanov:
(Erkək dişi olmaqla) səkkiz cift (yaratmışdır); qoyundan iki dənə, keçidən iki dənə. De: “(Allah) iki erkəyimi, iki dişinimi, yoxsa iki dişinin bətnindəki (balalarımı) haram etmişdir? Əgər doğru deyirsinizsə, bir elmə əsaslanaraq mənə bildirin!” (O dövrdə ərəblər bəzən heyvanların erkəyini, bəzən dişisini, bəzən balasını haram hesab edirdilər. Yuxarıdakı ayədə Allah onların bu əməllərini pisləyir. )
Kerbelayi Malik ağa:
(Biri dişi, biri erkək) olaraq səkkiz çift (yük kəsim heyvanı yaratdı ayə-142); qoyundan iki, keçidən iki. De ki: ‘İki erkəyimi ya iki dişinimi, ya da iki dişinin qarnındakınımı haram etdi? Əgər siz doğru danışanlarsınızsa, mənə bir elmlə xəbər verin.’
Ələsgər Musayev:
Davarlardan yük çəkmək fərş üçün. Yeyin nədən ki, ruzi verib sizə Allah tabe olmayın şeytanın xətalı qədəmlərindən! Həqiqətən, o sizin üçün aşkar düşməndir.
A.Mehdiyev və D.Cəfərli:
Səkkiz cütü (səkkiz təki cütü ilə birlikdə) qoyundan iki baş (bir erkək, bir dişi) keçidən iki baş (bir erkək, bir dişi yaratdı). (Yaxud: Səkkiz cüt yaratdı, qoyundan iki cüt (əhliləşdirilmiş vəhşi) keçidən iki cüt (əhliləşdirilmiş vəhşi). De: «Allah o ikisinin erkəklərini haram edib, yoxsa dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakı (balaları)nı?! Əgər doğruçusunuzsa, mənə elm biliyə əsaslanaraq xəbər verin.»
Kövsər Tağıyev:
O, (heyvanlardan da) səkkiz cüt yaradandır; (Erkək dişi olmaqla) qoyundan iki, keçidən iki. Ey Muhamməd! De ki: “Allah iki erkəyimi haram buyurdu, yoxsa iki dişinimi? Yoxsa iki dişinin rəhmlərində olan (bala)larımı? Əgər doğru söyləyənlərsinizsə, bir elmə əsaslanaraq mənə bildirin”.
M.Qənioğlu və T.Bilaloğlu:
O, erkək dişi olaraq səkkiz heyvan (yaratdı); qoyundan ikisini keçidən ikisini. De: "O hər iki erkəyimi haram buyurmuşdur, yoxsa iki dişini, yaxud dişilərin bətnindəki (balalarımı)? Əgər düz danışansınızsa mənə tutarlı bir cavab verin!"
Sabirə Dünyamalıyeva:
Səkkiz cüt: qoyundan iki, keçidən iki. De ki: "Allah, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud da iki dişinin qarnının bürüdüyü şeyi; balaları? Əgər doğru danışanlarsınızsa, mənə elmə əsaslanaraq xəbər verin."