Əlixan Musayev:
Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”
Bünyadov-Məmmədəliyev:
Musa təyin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!” – dedi.
Elmir Quliyev
:
Когда же Муса (Моисей) пришел к назначенному Нами сроку и месту, Господь его заговорил с ним. Он сказал: "Господи! Покажись мне, чтобы я взглянул на Тебя". Он сказал: "Ты не увидишь Меня, но взгляни на гору. Если она удержится на своем месте, то ты увидишь Меня". Когда же Господь его показался горе, то разбил ее и превратил в песок, а Муса (Моисей) упал без сознания. Придя в себя, он сказал: "Пречист Ты! Я раскаиваюсь перед Тобой, и я — первый из верующих".
Ələddin Sultanov:
Təyin etdiyimiz vaxtda Musa gəlib Rəbbi onunla danışdığı zaman o dedi: “Ey Rəbbim! Özünü mənə göstər ki, Sənə baxım!” Allah dedi: “Sən Məni əsla görə bilməzsən. Lakin bu dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa təcəlla etdiyi zaman onu parça-parça etdi. Musa da bayılıb yerə yıxıldı. Ayıldığı zaman: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” - dedi.
Kerbelayi Malik ağa:
Musa (ə.s) təyin etdiyimiz zamanda gəlincə, Rəbbi onunla danışdı. (Musa ə.s) belə dedi: ‘Rəbbim, mənə (Özünü) göstər, Sənə baxım.’ (Allahu Təala): ‘Məni əsla görə bilməzsən. Lakin dağa bax! O, yerində dura bilsə, o zaman sən Məni görərsən.’ buyurdu. Rəbbi dağa təcəlli etdiyi zaman onu paramparça etdi. Musa (ə.s) huşunu itirərək yerə düşdü. Sonra ayıldığı zaman: ‘Sən Sübhansan! Sənə tövbə edirəm. Mən möminlərin ilkiyəm (birincisiyəm).’ dedi.
Ələsgər Musayev:
Amma elə ki, Musa təyin etdiyimiz halda gəldi və Rəbbi onunla kəlimə kəsdi. Dedi: «Rəbbim! Göstər mənə Özünü, Sənə nəzər salım!» Dedi: «Görməzsən Məni. Lakin o dağa tərəf nəzər sal, əgər dağ öz məkanında qərar tutsa, onda Məni görərsən». Amma elə ki, təcəllə etdi Rəbbi dağ üçün, etdi onu xırda – xırda və xırdalandı və xar oldu Musa huşsuz halda. Amma elə ki, huşa gəldi, dedi: «Sübhansan Sən! Sənə tərəf qayıdıram və mən əvvəl inananam!»
A.Mehdiyev və D.Cəfərli:
Elə ki, Musa Bizim vədələşdiyimiz yerə gəldi və Rəbbi onunla (vasitəsiz) danışdı, (Allaha) «ey Rəbbim, (Özünü) mənə göstər, Sənə baxım (dünyaya və axirətə xas bütün cəlal və camal təzahürlərini müşahidə etdikdən sonra əldə edilən məxsus bir batini baxışla Səni görüm)» dedi. (Rəbbi ona) «(dünyada) Məni (belə bir baxışla) əsla görməyəcəksən, lakin bu dağa tərəf bax, əgər o, öz yerində sabit qalsa, sən də Məni görəcəksən (sənin vücudunun qüdrəti Mənim nurumun saçması müqabilində bu dağdan azdır)» dedi. Beləliklə, onun Rəbbi(nin nuru) dağa saçdıqda onu parçalayıb toz halına saldı və Musa özündən gedib yıxıldı. Özünə gəldikdə dedi: «Sən (gözlə görünməkdən) pak (və uzaq)san! Sənə tərəf qayıtdım (tövbə etdim) və mən ilk iman gətirənəm».
Kövsər Tağıyev:
Musa təyin etdiyimiz yerə gəlib, Rəbbi də onunla danışdıqda: “Rəbbim! Mənə (özünü) göstər, sənə baxım”, – dedi. Allah isə: “Məni (dünyada) qətiyyən görə bilməzsən. Lakin (o) dağa bax, əgər o, yerində durarsa, sən məni görə bilərsən”, – dedi. Rəbbi dağa təcəlli etdikdə onu darmadağın etdi. Musa da özündən gedib yıxıldı. Oyandıqda: “Səni nöqsanlardan uzaq tuturam, Allahım! Sənə tövbə etdim. Mən inananların ilkiyəm”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa təyin etdiyimiz vaxtda gəldi və Rəbbi onunla danışdı. O dedi: “Rəbbim, Özünü mənə göstər ki. Sənə baxım!" O dedi: "Məni görməzsən, lakin bu dağa bax; əgər o, öz yerində qala bilərsə, onda sən Məni görərsən". Rəbbi dağa görünən kimi, onu parça-parça etdi. Musa özündən gedərək yerə sərildi. O, özünə gəldikdə dedi: "Sənə təriflər olsun! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!"
Sabirə Dünyamalıyeva:
Musa, təyin etdiyimiz vaxtda gəldikdə, Rəbbi ona söz dedi. Musa, "Ey Rəbbim! Göstər mənə Özünü, baxım Sənə!" dedi. Rəbbi ona dedi ki: "Məni sən əsla görə bilməzsən, lakin bu dağa bax, əgər o yerində qala bilsə, sən də Məni görəcəksən." Daha sonra Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi, Musa da huşunu itirerek yerə sərildi. Ayılıb özünə gəldikdə: "Sən pak və uzaqsan, Sənə qayıtdım; tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm." dedi.