Ənam Surəsi 144. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Dəvədən ikisini, inəkdən ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı (balaları)? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
(Həmçinin erkək dişi olmaqla) bir cüt dəvə bir cüt inək. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!
Elmir Quliyev :
Две из числа верблюдов и две из числа коров. Скажи: "Он запретил самцов или самок? Или же то, что находится в утробах самок? Или же вы присутствовали, когда Аллах заповедал вам это?" Кто же несправедливее того, кто возводит на Аллаха навет, чтобы ввести людей в заблуждение без всякого знания? Воистину, Аллах не ведет прямым путем беззаконников.
Ələddin Sultanov:
Dəvədən iki dənə, inəkdən iki dənə (yaratmışdır). De: “(Allah bunların) iki erkəyinimi, iki dişisinimi, yoxsa iki dişinin bətnində olan balalarınımı haram etmişdir? Yoxsa Allahın bunu sizə tövsiyə etdiyinə şahidmi oldunuz?” Elmi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Dəvədən iki, inəkdən iki. De ki: ‘İki erkəkmi ya iki dişimi ya da iki dişinin qarnındakınımı haram etdi? ya Allahın bununla sizə vəsiyyət etdiyinə (fərz etdiyinə) şahidmi oldunuz?’ Bir elmləri olmadan insanları sapdırmaq üçün Allaha qarşı yalan danışandan daha zalım kimdir? Şübhəsiz ki, Allah zalım qövmü hidayət etməz.
Ələsgər Musayev:
Səkkiz cüt: qoyundan iki keçidən iki. De: «Ə, iki erkəyi, yoxsa iki dişini, yoxsa iki dişinin qarınlarındakı balaları qadağan etdi? Əgər doğru danışırsız, bir biliyə əsaslanaraq mənə xəbər verin».
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin, dəvədən iki baş, ya iki cüt inəkdən iki baş, ya iki cüt (yaratdı). De: «Allah o ikisinin erkəklərini haram edib, ya dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakını?! Məgər Allah bunu (bidət olan bu dırnaqarası haramı) sizə tövsiyə edərkən yanında idiniz?! Buna görə kim insanları nadanlıqla azdırmaq üçün Allaha qarşı yalan uydurandan daha zalımdır?! Allah zalımların dəstəsini əsla hidayət etməz.
Kövsər Tağıyev:
Yenə (erkək dişi olmaqla) dəvədən iki, inəkdən iki. De ki: “İki erkəyimi haram buyurdu, yoxsa iki dişinimi? Yoxsa iki dişinin rəhmlərində olan (bala)larımı? Yoxsa Allah sizə bunları haram buyurduğu zaman orada şahid idiniz?!” İnsanları elmsizcə azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kimdir? Şübhəsiz, Allah zalımlar qövmünü doğru yola yönəltməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Dəvədən ikisini, inəkdən ikisini (yaratdı). De: "O, hər iki erkəyi haram buyurmuşdur, yoxsa hər iki dişini, yaxud dişilərin bətnindəki (balalarımı)? Allah bunu sizə tövsiyə edəndə məgər siz şahid idiniz?" Heç nədən xəbəri olmayan insanları yoldan azdırmaq üçün Allaha yalan uyduranlardan daha zalımı kim ola bilər? Həqiqətən, Allah zalımlan düz yola yönəltməz.
Sabirə Dünyamalıyeva:
dəvədən iki, inəkdən iki... De ki: "Allah, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud da iki dişinin balalarını? Yoxsa Allah sizə belə bir öhdəlik qoyduğu zaman Onun yanında idinizmi?" Beləcə, heç bir məlumata əsaslanmadan, insanları azdırmaq üçün Allah barəsində yalan uyduran kimsədən daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? Şübhəsiz ki, Allah, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslərin dəstəsinə bələdçi olmaz.