Əlixan Musayev:
Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq.
Bünyadov-Məmmədəliyev:
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!
Elmir Quliyev
:
Ни одна душа не умирает, кроме как с дозволения Аллаха, в предписанный срок. Тому, кто желает вознаграждения в этом мире, Мы дадим его, и тому, кто желает вознаграждения в Последней жизни, Мы дадим его. Мы вознаградим благодарных.
Ələddin Sultanov:
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. (Ölüm,) vaxtı müəyyən edilmiş bir yazıdır. Kim dünya savabını (nemətini) istəyərsə, ona ondan verərik. Kim axirət savabını (cənnəti) istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.
Kerbelayi Malik ağa:
Bir kimsənin Allahın izni olmadan ölməsi olmamışdır (ola bilməz), ölüm müddəti təyin edilmiş bir yazıdır. Kim dünya savabı istəsə, ona ondan verərik və kim axirət savabı istəsə, ona ondan verərik. Şakirləri (şükür edənləri) yaxında mükafatlandıracağıq.
Ələsgər Musayev:
Olmadı bir nəfs üçün ölüm, ancaq iznilədir
Allahın, yazılmış əcələ görə. Kim dünya savabını istəyərsə ona
əta edərik ondan və kim axirət savabını istəyərsə ona əta edərik
ondan və sükür edənlərin mükafatını verərik!
A.Mehdiyev və D.Cəfərli:
Hec k?sin Allah?n ?z?li ist?k v? ?mri olmadan olm?si mumkun deyildir. (H?r bir canl?n?n olumu) mu?yy?n olunmus, vaxtl? bir yaz?d?r. Kim (oz s?yl?rind?n) dunya mukafat? ist?s?, ondan ona ver?rik v? kim axir?t mukafat? ist?s?, ona ondan ver?rik. Sukr ed?nl?ri tezlikl? mukafatland?racag?q.
Kövsər Tağıyev:
Heç kim Allahın izni olmadan ölməz. Ölüm müəyyən bir müddətə görə yazılmışdır. Kim dünya mənfəətini istəsə, ona ondan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mükafatlandıracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər bir kəs Allahın izni ilə, yazı ilə müəyyən olunmuş vaxtda öləcəkdir. Bu dünya nemətindən istəyənə onu bəxş edərik, axirət savabını istəyənə də onu verərik. Biz şükr edənləri mükafatlandıracağıq.
Sabirə Dünyamalıyeva:
Və hər kəs yalnız Allahın elmiylə vaxtı müəyyən edilmiş bir yazıya görə ölər. Və kim dünyada əvəz istəsə, ona ondan Verərik. Kim axirətdə əvəz istəsə ona da ondan verərik. Və Biz, sahib olduğu nemətlərin əvəzini ödəyənlərə əvəz verəcəyik.