Bəqərə Surəsi 146. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri yaxud Kəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.
Bünyadov-Məmmədəliyev:
Kitab (Tövrat İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.
Elmir Quliyev :
Те, кому Мы даровали Писание, знают его (Мухаммада или Каабу), как знают своих сыновей. Однако часть их сознательно скрывает истину.
Ələddin Sultanov:
Kitab verdiyimiz kimsələr onu (Mühəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Ancaq onların bir qismi həqiqəti bilə-bilə gizlədir. (Yəhudilər Tövratdan, xristianlar da İncildən axırzaman peyğəmbərin xüsusiyyətlərini öyrənmişdilər. Hər iki dinin mənsubları onun öz qövmlərindən çıxmasını gözləyirdilər. Ancaq son peyğəmbər bütpərəst ərəblərin arasından çıxdıqda qəbiləçilik təəssübkeşliyi ilə onun peyğəmbərliyini yalanladılar. Halbuki o xüsusiyyətləri Mühəmməd Peyğəmbərdə gördükdən sonra öz oğullarını tanıdıqları kimi onun da peyğəmbər olduğunu anlamışdılar.)
Kerbelayi Malik ağa:
Kitab verdiyimiz kimsələr Ona (Hz.Məhəmmədə) öz oğullarına arif olduqları (tanıdıqları) kimi arifdirlər (tanıyırlar). Şübhəsiz ki, onlardan bir firqə haqqı həqiqətən bilə-bilə gizlədir.
Ələsgər Musayev:
O kəslər ki, əta etmişik onlara kitab, tanıyırlar onu qədər ki, tanıyırlar öz oğullarınıHəqiqətən, firqə var onlardan gizlədirlər haqqı onlar bilirlər
A.Mehdiyev və D.Cəfərli:
(Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi-səlləllahu əleyhi alihi səlləm-Tövrat İncilin onu kamil tanıtdırması əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir.
Kövsər Tağıyev:
Kitab verdiklərimiz onu (Peyğəmbəri) oğullarını tanıdıqları kimi tanıyırlar. Hal belə ikən onlardan bəziləri bilə-bilə həqiqəti ört-basdır edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab bəxş etdiklərimiz onu (peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Onlardan bir qismi isə bilə-bilə haqqı gizlədir.
Sabirə Dünyamalıyeva:
Özlərinə Kitab verdiyimiz o kəslər, Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Şübhəsiz ki, onlardan bir qismi bildikləri halda haqqı gizləyirlər.