Əlixan Musayev:
Yəhudilərə dırnaqlı hey-vanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.
Bünyadov-Məmmədəliyev:
Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!
Elmir Quliyev
:
Иудеям Мы запретили всех животных с нераздвоенными копытами. Мы запретили им сало коров и овец, кроме того, что находится на спинном хребте и внутренностях или смешалось с костями. Так Мы наказали их за их бесчинства. Воистину, Мы правдивы.
Ələddin Sultanov:
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Bellərində və ya bağırsaqlarında daşıdıqları, yaxud sümüklərinə qarışan istisna olmaqla, inək və qoyunun piylərini də onlara haram etdik. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz doğru söyləyirik.
Kerbelayi Malik ağa:
Yəhudi olanlara dırnaqlı heyvanların hamısı, inəkdən və qoyundan ikisinin də belinə və ya bağırsaqlarına yapışan və ya sümüyə qarışmış olanları istisna olmaqla, iç yağını haram etdik. Onları azğınlıqları səbəbiylə belə cəzalandırdıq. Şübhəsiz ki, biz həqiqətən doğru danışanlarıq.
Ələsgər Musayev:
De: «Mənə öyrədilənlər içərisində hər hansı bir kəsin yediyi təamlarda haram olan bir şey tapmıram, ancaq ki, ola meyyit, ya axar qan, ya donuz əti – həqiqətən, o ricsdir və ya fisqdir, kəsilib qeyrisi üçün Allaha, onun ilə. Bununla yanaşı kim məcburiyyət qarşısında qalarsa, düşmənçilik etmədən və həddi aşmadan…» Həqiqətən, Rəbbin – Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Həmçinin onlara inək və qoyundan onların bədənlərinin piyini - bellərinə və ya bağırsaqlarına yapışmış, yaxud sümüyə qarışmış (piylər) istisna olmaqla - haram etdik. Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən doğru danışanıq.
Kövsər Tağıyev:
Yəhudilərə dırnaqlı heyvanların hamısını haram buyurduq. İnək və qoyunların isə bellərində və ya bağırsaqlarında olanlar, ya da sümüklərinə qarışanlar xaricindəki iç yağlarını (yenə) onlara haram buyurduq. Beləliklə, azğınlıqları səbəbi ilə onları cəzalandırdıq. Biz əlbəttə, doğru söyləyənlərik.
M.Qənioğlu və T.Bilaloğlu:
Yəhudilərə Biz bütün dırnaqlıları haram etdik. İnək və qoyunun isə bel sütunlarındakı və ya bağırsaqlarındakı, yaxud sümüyə qarışan yağdan başqa piyləri haram etdik. Həddi aşdıqlanna görə onları cəzalandırdıq. Axı Biz düzünü deyənik.
Sabirə Dünyamalıyeva:
Və Biz yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. Bellərində və ya bağırsaqlarında olan, yaxud sümüklərinə qarışan yağlar istisna olmaqla, inək və qoyunların piylərini də yəhudilərə haram etdik. Bu, etdikləri təcavüzlər səbəbindən Bizim onlara verdiymiz cəzadır. Və Biz, əlbəttə doğru olanlarıq