Nisa Surəsi 148. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev :
Аллах не любит, когда злословят вслух, если только этого не делает тот, с кем поступили несправедливо. Аллах Слышащий, Знающий.
Ələddin Sultanov:
Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. (Pis söz deyildikdə, birinin qeybətini qırmaq, söz daşımaq, yalan, iftira s. başa düşülməlidir. İnsan bunları ürəyindən keçirsə belə, açıqdan söyləməsi günahdır. Ancaq haqsızlığa məruz qalan kimsə, haqsızlığın ortadan qalxması üçün bunu başqalarına danışarsa, bu qeybət ya pis söz sayılmaz.)
Kerbelayi Malik ağa:
Allah pis sözün açıqca söylənməsini sevməz, yalnız zülm olunan kimsənin (söyləməsi) istisnadır. Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
Ələsgər Musayev:
Sevməz Allah o danışığı ki, cəhr edir pisliklə, ancaq o kəsdən başqa ki, ona zülm olunub. Oldu Allah Səmi, Alim!
A.Mehdiyev və D.Cəfərli:
Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək qarğış etmək kimi) pis sözlərin aşkar ucadan deyilməsini sevmir. Allah həmişə eşidən biləndir.
Kövsər Tağıyev:
Allah zülmə uğrayanların dilə gətirməsi istisna olmaqla, pis sözün söylənməsini sevməz. Şübhəsiz, Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah, zülm olunan kəslər istisna olmaqla, (heç kimin) pis sözü açıq deməsini sevmir. Allah hər şeyi eşidəndir, biləndir.
Sabirə Dünyamalıyeva:
Allah, haqsızlığa məruz qalanlar istisna olmaqla, pis sözün açıqca deyilməsini sevmir. Allah, ən yaxşı eşidən, ən yaxşı biləndir.