Əraf Surəsi 148. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər (bu heykəlin) onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? (Buna baxmayaraq) ona ilah kimi sitayiş edib zalımlardan oldular.
Bünyadov-Məmmədəliyev:
(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb (özlərinə) zülm eləyən oldular.
Elmir Quliyev :
В отсутствие Мусы (Моисея) его народ сделал из своих украшений изваяние тельца, который мычал. Разве они не видели, что он не разговаривал с ними и не наставлял их на прямой путь? Они стали поклоняться ему они были несправедливы.
Ələddin Sultanov:
(Tura gedən) Musanın ardınca qövmü zinət əşyalarından (düzəltdikləri) böyürtüsü olan bir buzov heykəlini özlərinə (ilah) qəbul etdilər. Görmədilərmi ki, o (buzov) onlarla danışır, onlara yol göstərə bilir?! Onu özlərinə (ilah) qəbul edərək zalım kimsələr oldular. (Həzrət Musa Turda qalma müddətinə on gün əlavə etdikdən sonra İsrail oğullarının içindən Samiri adında bir sənətkar insanların qızıl kimi zinət əşyalarını toplayıb əridərək ondan bir buzov heykəli düzəltdi və: “Sizin də, Musanın da tanrısı budur! Ancaq Musa tanrısını unutdu”, - dedi. Samiri buzov heykəlini elə düzəltmişdi ki, külək əsib içindən keçəndə böyürtü kimi bir səs çıxardırdı.)
Kerbelayi Malik ağa:
Musanın (ə.s) qövmü ondan sonra (Musa ə.s-in Tur dağına getməsindən sonra) zinət əşyalarından böyürən (səs çıxaran) bir buzov heykəli (düzəldib) onu (ilah) qəbul etdilər. Onun onlarla danışmadığını onları yola hidayət etmədiyini görmürlərmi? Onu (ilah) qəbul etdilər zalımlar oldular.
Ələsgər Musayev:
Musa gedəndən sonra onun qoumu zinət alətlərindən buzov heykəli etdi ki, xorultusu var idi. Ə, görmədilərmi o kəlmə kəsməz onlarla onları bir yola hidayət etməz? Götürdülər onu zalimlərdən oldular.
A.Mehdiyev və D.Cəfərli:
Musanın qövmü(nün çoxu) ondan, (o, Allahla vədələşdiyi yerə getdikdən) sonra öz zinət əşyalarından bir buzov buzov səsi çıxaran bir heykəl düzəltdilər. Məgər onlar həmin heykəlin onlarla danışmadığını onları bir yola hidayət etməməsini görmürdülər?! (Cansız bir şeyi diri bütün varlıq aləmini bərqərar saxlayan bir şeyin yerinə qoymaqla) zalımlardan olaraq onu özlərinə tanrı götürdülər.
Kövsər Tağıyev:
Musanın qövmü on (un Tura yollanmasın)dan sonra zinət əşyalarından böyürtüsü olan bir buzov heykəli (düzəldərək onu ilah) tutdular. Onun özləri ilə danışmadığını onlara heç bir yol göstərmədiyini görmədilərmi? (Beləliklə,) onu (ilah) qəbul etdilər, zalım kimsələr oldular.
M.Qənioğlu və T.Bilaloğlu:
Musanın tayfası, ondan [o gedəndən] sonra, öz bəzək şeylərindən böyürtüsü olan bir buzov heykəlini düzəldib özlərinə tanrı götürdü. Bəs onlar görmürdülər ki, o, onlarla danışır, onlara düz yol göstərir? Onu özlərinə tanrı götürdülər zalım oldular.
Sabirə Dünyamalıyeva:
Musanın qövmü, Musadan sonra, özlərinin zinət əşyalarını bir yerə yığaraq aldadıcı, cazibəli səsi[#115] olan, əslində heç bir işə yaramayan bir məbud düzəltdilər; böyük bir sərmayə əmələ gətirərək ona sitayiş etdilər. -Onun özlərinə bir söz demədiyini bir yol göstərmədiyini görmədilərmi?- Onu düzəltdilər zalımlardan oldular.