Əlixan Musayev:
Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Çünki bu, sənin Rəbbindən (gələn) haqdır! Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Hər hansı bir yerə getdikdə, (namaz vaxtı) üzünü Məscidülhərama (Kəbəyə) tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.
Elmir Quliyev
:
Откуда бы ты ни вышел, обращай лицо в сторону Заповедной мечети. Воистину, такова истина от твоего Господа. Аллах не пребывает в неведении относительно того, что вы совершаете.
Ələddin Sultanov:
Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidi-harama (Kəbəyə) tərəf çevir! Çünki bu, Rəbbindən gələn həqiqətdir. Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
Kerbelayi Malik ağa:
Haradan çıxarsan çıx, bundan sonra (namazda) vəchini (üzünü) Məscidi Haram istiqamətinə çevir. Şübhəsiz ki, o Rəbbindən mütləq bir haqdır. Allah etdiklərinizdən qafil (xəbərsiz) deyil.
Ələsgər Musayev:
Haradan xaric oldun, döndər vəchini məscidilharam
səmtinə! Həqiqətən, o, haqdır Rəbbindən və deyil Allah
qafil ilə nədən ki, əməl edirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Və haradan (səfərə) çıxsan, (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Şübhəsiz bu, sənin Rəbbin tərəfindən haqq (fərman)dır və Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Haradan yola çıxırsan çıx, (namazda) Məscidi-Harama tərəf dön. Bu, əlbəttə, Rəbbindən gələn gerçək bir əmrdir. Allah sizin etdiklərinizdən əsla xəbərsiz deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
Haradan yola çıxsan, (namaz qılarkən) üzünü Məscidül-Hərama tərəf çevir, axı o, sənin Rəbbindən olan haqdır. Allah sizin nələr etdiklərinizdən qafil deyildir.
Sabirə Dünyamalıyeva:
Və haradan çıxsan, dərhal üzünü Məscidülhərama/toxunulmaz təhsil-təlim ocağıan tərəf çevir. Şübhəsiz ki, bu, Rəbbindən gələn bir haqqdır. Və Allah sizin əməllərinizdən xəbərsiz, qafil deyil.