Əlixan Musayev:
De: “Tutarlı dəlillər Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.
Bünyadov-Məmmədəliyev:
De: “Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.
Elmir Quliyev
:
Скажи: "У Аллаха есть убедительное доказательство. Если бы Он пожелал, то повел бы прямым путем всех вас".
Ələddin Sultanov:
De: “Açıq-aydın dəlil Allaha məxsusdur. Əgər O diləsəydi, şübhəsiz, sizin hamınızı doğru yola yönəldərdi”. (Müşriklər: “Əgər Allah diləsəydi, nə biz müşrik olardıq, nə də atalarımız müşrik olardı və heç bir şeyi özbaşımıza haram etməzdik”, - deyərək şirkdə olmalarını Allahın iradəsinə bağlamaq istəyirdilər. Yuxarıdakı ayədə buna işarə edilir. Halbuki, əgər Allah diləsəydi, qullarından heç kim günaha meyil etməzdi. Ancaq O, qullarını savab və günah işləyə biləcək qabiliyyətdə yaratdı və onlara iradə verdi. Odur ki, insanlar öz əməllərini Allahın verdiyi cüzi iradə ilə yerinə yetirirlər. Allahın diləməsi də həmin cüzi iradəyə uyğun təzahür edir.)
Kerbelayi Malik ağa:
De ki: ‘Artıq ən qüvvətli dəlil Allahındır. Elə isə əgər Allah diləsəydi, əlbəttə sizin hamınızı hidayətə ərdirərdi.’
Ələsgər Musayev:
Deyəcəklər o kəslər ki, müşrikdirlər: «Əgər Allah istəsəydi, nə biz və nə də atalarımız müşrik olar və nə də bir şeyi qadağan edərdik». Beləliklə, onlardan qabaqkılar da yalan saymışdılar, ta əzabımızı dadana qədər. De: «Bizim qarşımıza çıxara biləcək elminiz varmı? Siz ancaq zənnə tabe olursunuz və ancaq yalan danışırsınız!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Beləliklə, yetərli (heç kimin rədd etmək qüdrətinə malik olmadığı) dəlil-sübut Allaha məxsusdur və əgər O, (yaradılışda qəti iradə ilə) istəsəydi, sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin Allah, yaradılışda bəşəri nə şirkə, nə də imana məcbur etmişdir. Allah şirki yalnız şəriətdə qadağan edib və şəriət yolu ilə imana dəvət edib və siz bunları qəbul etməlisiniz).
Kövsər Tağıyev:
De ki: “Ən üstün dəlil yalnız Allahındır. O, istəsəydi, əlbəttə, sizin hamınızı doğru yola yönəldərdi”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: Tutarlı dəlil ancaq Allahındır. Əgər O, istəsəydi, sizin hamınıza düz yol göstərərdi".
Sabirə Dünyamalıyeva:
De ki: "Budur, ən qəti və üstün dəlil, Allahındır. O səbəblə, əgər Allah istəsəydi, əlbəttə hamınıza bələdçi olardı."